SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Musa Yaqubun son durumu: yeriyə bilmir, səsi çıxmır...

Musa Yaqubun son durumu: yeriyə bilmir, səsi çıxmır...

Tarix:

23-05-2018, 11:36

/ 1 893 dəfə oxundu.
Musa Yaqubun son durumu: yeriyə bilmir, səsi çıxmır...

Atam parkinson xəstəliyindən əziyyət çəkir. Son vaxtlar ürəyinə su yığılmışdı, tənginəfəsliyi çox idi. Lakin müalicə aldı, bu problem bir qədər azaldı. 20 ildir ki, parkinson xəstəliyi onun səhhətinə təsir edir. Hətta həkimlər bildirib ki, 20 il bu xəstəlikdən əziyyət çəkib, yenə də yerimək, gümrah olmağın özü möcüzədir. Xəstəliyə qarşı dərmanları da, həkimi də Türkiyədən gətizdiririk.

Bu sözləri Musa Yaqubun qızı Yaqut Yaqubova Musavat.com-a açıqlamasında söyləyib. O, atasının artıq yeriyə bilmədiyini bildirib.

"İndi isə ayaqlarında çox böyük problemlər var, artıq yeriyə bilmir. Səsində də problemlər var. Lakin yaddaşı, zehni yerindədir”.

Onun sözlərinə görə, Musa Yaqubun səhhətinin kəskin pisləşməsi fevral ayına təsadüf edib:

"Bu ilin fevral ayından birdən-birə dəyişdi. 2-3 həftə olar ki, lap zəifləyib. Onun üçün araba almışıq, çətinliklə arabanın köməyi ilə həyətə düşür. Bilirsiz ki, atam ömür boyu çılğın insan olub, həmişə çöldə-bayırda gəzib. İndi evdə oturmağı ona pis təsir edir. Tez-tez özünə, mənə sual verir ki, ”ayaqlarım niyə belə oldu?"

Yaqut Yaqubova atasının səhhəti ilə bağlı heç bir quruma müraciət etmədiklərini deyib:

"Bizə kömək lazım deyil, heç nəyə ehtiyacımız yoxdur. Həmişə problemləri özümüz həll etmişik, atamız da gözü tox, halal insan olub. Şükür ki, az-çox özümüz problemləri həll edirik.

Telefonumuz susmur. Hamı, dostları, şair və yazıçılar, jurnalistlər zəng edir, qonaq gəlirlər. Dünən çoxlu sayda qonaqlarımız oldu, buna görə hətta axşam çox halsız vəziyyətə düşmüşdü. Türkiyədən, bir çox ölkələrdən onun dostları zəng edir, hal-əhvalını soruşurlar. Bu baxımdan biz hər kəsdən razıyıq.

Buynuz kəndindən kənara çıxmaq istəmir. Hətta səhhəti ilə bağlı Bakıya aparmışdıq, tez-tez kəndə getmək istədiyini deyirdi".

Yaqut Yaqubova şairin hazırkı arzu və diləklərindən də söz açıb:

"Bir-iki şeiri var, onları yazmaq istəyir, Hərdən mənə deyir ki, ”şeirləri deyim, sən yaz". Məsələn, Xaqani Şirvani ilə bağlı çox gözəl şeir yazmaq istəyir. Xaqani onun çox sevimli şairidir, vaxtilə ona poema da həsr edib. İndi də poema yazmaq istəyir.

Bu yaxınlarda isə "Buynuz qəbiristanlığı” adlı şeir dedi, lakin onu yazmağa imkan tapa bilmədim. Yəni hazırda istəkləri ancaq bundan ibarətdir".

Şərhlər

XƏBƏR LENTİ