SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Bank of Baku” ilə müştəri arasında plastik kart davası

“Bank of Baku” ilə müştəri arasında plastik kart davası

Tarix:

23-05-2018, 09:23

/ 1 889 dəfə oxundu.
“Bank of Baku” ilə müştəri arasında plastik kart davası

Son zamanlar, xüsusiylədə devalivasiyadan sonra banklarla bağlı mediada tez-tez xəbərlər yer alır. Vətəndaşlar banklarla bağlı müxtəlif səpkili şikayətlər edirlər.
Bu dəfə şikayət "Bank of Baku” adlı bankla əlaqədardır. Minval.info-nun əldə etdiyi məlumata əsasən vətəndaşlar "Bank of Baku”-nun bankomatlarından şikayətçidirlər.
Belə ki, vətəndaş Metroparkdakı "Bank of Baku”-nun bankomatına kartı daxil edib. Proseduru tamamladıqdan sonra qəbzi götürə bilib, amma bankomat kartı geri qaytarmayıb. "Bank of Baku”-nun çağrı mərkəzi ilə əlaqə saxlayan vətəndaş maraqlı cavab alıb.
"1 həftədən sonra nə zaman kartınızı çıxarsaq, onda gəlib götürərsiniz”– deyən çağrı mərkəzi vətəndaşın problemini bu formada həll etməyə çalışıb.

Nəzərinizə çatdıraq ki, bu, Bank of Baku-nun bankomatı ilə bağlı ilk şikayət deyil. Daha əvvəllər də Namin Əliyev adlı vətəndaş "Bank of Baku”-nun terminalının kartı 2 dəfə geri qaytarmadığını bildirib.
"İlk dəfə uzun haqq-hesabdan sonra qaytardılar, lakin ikinci dəfə kartım geri qayıtmadı. Bir ay gözləməli oldum, yenisini verdilər”- deyən vətəndaş bankın çağrı mərkəzindən də şikayətlənib.
Bununla bağlı "Bank of Baku”-nun münasibətini öyrənməyə çalışdıq. Bankın İnsan Resursları Departamentinin nümayəndəsi Gülşən xanım məsələyə münasibət bildirib: "Kartın bankomatda qalmasının müxtəlif səbəbləri ola bilər. Bunu əvvəlcə araşdırmaq lazımdır. Belə bir nüans da var ki, əgər bankomat bizim filial yaxındırsa, o zaman tez bir zamanda əməkdaşımızı oraya yönləndirib məsələni həll edə bilərik. Yox, əgər uzaqdadırsa, o zaman problemin həlli bir az vaxt aparacaq. Lakin biz hər zaman vətəndaşlara açıq bank olmuşuq və vətəndaşın problemini dərhal həll etməyə çalışırıq”.
"Bəzən belə məsələlər yalnız bankla da əlaqəli olmur. Milli kart, Azəri kart mərkəzi var ki, hansısa bir məqamda onlarla bağlı problem də ola bilir. Ona görə vətəndaş problemi dərhal bizə bildirməlidir"- deyən Gülşən xanım "Əgər hansısa işçi vətəndaşla kobud danışarsa, onunla bağlı ölçü götürüləcək”- deyə bildirib.

Şərhlər

XƏBƏR LENTİ