SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » “Qoşqar Zeynalova verilən pullar mənə çatmayıb” - Arif Əsgərovun qohumu

“Qoşqar Zeynalova verilən pullar mənə çatmayıb” - Arif Əsgərovun qohumu

Tarix:

22-05-2018, 12:29

/ 1 685 dəfə oxundu.
“Qoşqar Zeynalova verilən pullar mənə çatmayıb” - Arif Əsgərovun qohumu

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Faiq Qasımov ifadəsində deyib ki, iş üzrə zərərçəkən Qoşqar Zeynalova 500 min ABŞ dolları verib. O bu pulu iş qurmaq adı ilə verdiyini deyib.

Ramil Abdullazadə isə ona 200 min dollar verdiyini bildirib: "Qoşqar Zeynalov həmin vaxt dövlət işində işləyirdi. Mən iş qurmaq adı ilə ona pul verdim".

Təqsirləndirilən Rahib Hüseynov isə deyib ki, Qoşqar Zeynalova verilən pullar ona yox, Arif Əsgərovun oğlu Elnar Əsgərova çatıb: "Mən Faiq Qasımov adında adam tanımıram. Ramin Abdullazadəni isə heç vaxt görməmişəm. Bunlar hamısı mənə qarşı təxribatdır".

R. Hüseynov məhkəməyə maddi sübut kimi 6 ədəd qeydiyyat kitabçası təqdim edib.

Proses mayın 23-də davam etdiriləcək.

İttihama görə, R. Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. İş üzrə zərərçəkmiş şəxslərdən biri Tovuz rayon İcra Hakimiyyətinin başçısının oğlu Qoşqar Zeynalovdur. R. Hüseynov barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Hüseynov ləğv edilmiş Nəqliyyat Nazirliyində nazir müavini vəzifəsində çalışmış, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğludur.

R. Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. E. Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, E.Hüseynov Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub, 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.

Şərhlər

XƏBƏR LENTİ