SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azərsığorta" vətəndaşın haqqını yeyir...

"Azərsığorta" vətəndaşın haqqını yeyir...

Tarix:

22-05-2018, 11:43

/ 1 488 dəfə oxundu.
"Azərsığorta" vətəndaşın haqqını yeyir...

"Sığorta şirkəti avtomobilimə dəymiş ziyanın heç 1/5-ni ödəmir. Maşınıma 5 min manata yaxın ziyan dəyib, ancaq şirkət 975 manat pul ayırıb".

Bunu “Report” açıqlamasında Lənkəran rayon sakini Amid Nazim oğlu Həsənov deyib.

Zərərçəkmişin şikayəti Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindəndir ("Azərsığorta").

Onun sözlərinə görə, bu il mayın 7-də ona məxsus 99-BC-481 dövlət nömrə nişanlı, "Mercedes E-220" markalı minik avtomobili 44-CA-744 dövlət nömrə nişanlı "Mercedes E-240" markalı maşın tərəfindən vurulub. Hadisə Masallı rayonunda baş verib. A.Həsənovun sözlərinə görə, qarşı tərəfin avtomobilini icbari qaydada sığortalamış "Azərsığorta"nın nümayəndəsi hadisə yerinə gəlməyib və onun çəkdiyi fotolar əsasında dəymiş ziyanın məbləğini müəyyən edib.

“Pul ayrılsa da, mən o pulu qəbul etməmişəm. Hazırda maşın da olduğu kimi qalıb. Dəfələrlə şirkətə müraciət etsəm də, hər gün deyirlər ki, təkrar baxış edərik. Ancaq heç kim gəlib baxmır. Şikayət etdiyimiz üçün kobud danışırlar”, - deyə şikayətçi qeyd edib.

"Report" məsələ ilə bağlı sığorta şirkəti ilə əlaqə saxlayıb. "Azərsığorta"dan bildirilib ki, şirkət müəyyənləşdiyi sığorta ödənişi məbləğinə tam cavabdehdir, çünki həmin məbləğ təmir xidməti ilə birlikdə hesablanır: "Təmir xidməti hesablanmış məbləğə avtomobili təmir edəcəyini bildirdikdən sonra, həmin məbləği vətəndaşa təklif edirik. Vətəndaşların istəyi ilə təmir bir neçə yerdə həyata keçirilə bilər”.

Öz növbəsində zərərçəkmiş A.Həsənov qeyd edib ki, sığorta şirkəti tərəfindən ayrılmış pula uyğun avtomobilini tam təmir etdirmək qeyri-mümkündür.

Şərhlər

XƏBƏR LENTİ