SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Əkizlərin biri öldü, o birinin vəziyyəti ağırdır” - Ana həkimləri ittiham etdi

“Əkizlərin biri öldü, o birinin vəziyyəti ağırdır” - Ana həkimləri ittiham etdi

Tarix:

21-05-2018, 16:00

/ 1 406 dəfə oxundu.
“Əkizlərin biri öldü, o birinin vəziyyəti ağırdır” - Ana həkimləri ittiham etdi

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Gəncə şəhərində yeni doğulan körpə ölümü baş verib. Kəlbəcərdən olan məcburi köçkün 1996-cı il təvəllüdlü Quliyeva Yeganə əkiz oğlan dünyaya gətirib. Doğuşdan sonra uşaqlardan biri dünyasını dəyişib.

“Qafqazinfo”ya müraciət edən ana uşağının həkim səhlənkarlığına görə öldüyünü, digər övladının vəziyyətinin isə hazırda yaxşı olmadığını söyləyib:

“Mayın 16-da Gəncə şəhər Regional Perinatal Mərkəzdə qeysəriyyə yolu ilə əkiz uşaq dünyaya gətirdim. Əməliyyatı aparan mamaşa Sevda Bünyadzadə dedi ki, uşaqlar tam sağlam halda həkimə təhvil verilib, doğuşu da 7 balla qiymətləndirib. Nə olubsa, ondan sonra olub. Həkim məsuliyyətsizliyinə görə, bir övladım dünyasını dəyişdi, birinin də hazırda vəziyyəti yaxşı deyil. Küvəzdə saxlanılır. Həkim səhhəti ilə bağlı bir söz demir.

Həkimdən ölümün səbəbini soruşuram, üzümə deyir “2 kilo 200 qram olan uşağın sağ qalmağını gözləyirdiz?”
Uşağıma baxan həkimin adı Nigardır. Mənimlə çox kobud və laqeyd rəftar edirlər. 5 gündür, xəstəxanadayıq, hələ biri düzgün məlumat vermir”.

Şərhlər

XƏBƏR LENTİ