SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə nələr baş verir ? Video

Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə nələr baş verir ? Video

Tarix:

21-05-2018, 14:40

/ 2 842 dəfə oxundu.
Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə nələr baş verir ? Video

Bu gün DogruXeber.az informasiya agentliyinin redaksiyasına Sumqayıt şəhər sakini Şamama adlı bir xanımın müraciəti daxil olmuşdur.
ilk öncə onu qeyd edək ki, Şamama xanım bir neçə gün öncə Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə iş zamanı yıxılıb ayağı qırılan Sumqayıt şəhər sakini Hüseynov Rafiq Hüseyn oğlunun anasıdır. Şamama xanım redaksiyamıza ünvanladığı müraciətdə qeyd edir ki, Sumqayıt şəhər 9 saylı tam orta məktəbin direktoru Abdullayeva Həqiqət məktəbdə öz bildiyi kimi hərəkət etməklə yanaşı oğlum H.Rafiqi məktəbdə işlədib iş zamanı həsarət alan oğluma heç bir köməklik göstərmir. Şikayətçi Şamama xanım qeyd edərək bildirir ki,nəvəm 9 saylı tam orta məktəbdə oxuduğu üçün məktəbdə baş verən qanunsuzluqların hamısını bilirəm.Şamama xanımın sözlərinə görə məktəbin 10-cu 11-ci sinif şagirdlərinin əksər hissəsi direktoru əvəz edən A.Həqiqət xanıma ayda 50 manat verməklə dərslərdə iştirak etmirlər eyni zamanda onuda bildirirb ki,sagirdlərdən hər dəfə təmir pulu,bayram pulu,test pulu daha nələr-nələr adla pul istəməkdən valideyinlər artıq beziblər. Hətta məktəbdə işləyən etibarlı mənbələrdən aldığımız məlumata əsasən məktəbdə fərdi təhsil alan sagirdlər aylıq pul verdikləri üçün məktəbə belə gəlmirlər. Bir sözlə demək olar ki,Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə qanunsuzluqlar baş alıb gedir. Düşünməyin ki, qərəzli mövqey edirik əsla bu sözləri deməkdə əsas olaraq onu qeyd etmək istəyirik ki, bir neçə gün öncə vətəndaşların redaksiyamıza sözü gedən 9 saylı tam orta məktəb ilə bağlı şikayəti daxil olmuşdur. Müraciətə əsasən DogruXeber.az informasiya agentliyinin baş redaktoru Ə.Kamal yuxarıda qeyd olunan məktəbin direktor əvəz edicisi olan A.Həqiqət xanım ilə görüşüb qeyd olunan şikayətləri diqqətinə çatdırmışdır. Direktor əvəz edici A. Həqiqət xanım jurnalistin verdiyi sualları cavablandırmaqdan belə imtina edib.
biz informasiya agentliyi olaraq Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə nələr baş verdiyini vətəndaşların şikayəti əsasında qısada olsa araşdırıb aidiatı orqanların diqqətinə çatdırdıq. Ümidvarıq ki,Təhsil nazirliyi sözü gedən təhsil ocağını öz nəzarətinə götürüb məsələnin hansı durumda olduğunu araşdırıb köklü islahat aparar.

Şərhlər

XƏBƏR LENTİ