SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Azərbaycanda görünməmiş saxtakarlıq: İcra başçısı həbs oluna bilər

Azərbaycanda görünməmiş saxtakarlıq: İcra başçısı həbs oluna bilər

Tarix:

21-05-2018, 14:23

/ 2 828 dəfə oxundu.
Azərbaycanda görünməmiş saxtakarlıq: İcra başçısı həbs oluna bilər

Goranboy rayon Məşğulluq Mərkəzində baş verən saxtakarlıqlarla bağlı sənədlər yayılıb.
KİV və sosial şəbəkələrdə yayılan faktlarda bildirilir ki, Goranboy rayon Məşğulluq Mərkəzinə təqdim edilən iş yerləri çox sayda vətəndaşın adına rəsmiləşdirib. Amma adlarına iş yerləri rəsmiləşdirilmiş vətəndaşların əksəriyyəti bu işdən xəbərsizdir, onların maaş kartları rayon rəhbərliyinin əlindədir. Hər ay maaşlar alınır və bu rəhbər şəxslər tərəfindən bölüşdürülür.
Təxminən 250 nəfərlik siyahıda adları olan şəxslərdən çox az hissəsinin – təxminən 30-40 nəfərinin normal şəkildə işlə təmin olunduğunu bildirilir. Onların böyük əksəriyyətinin maaşlarının rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə Nicat Məmmədov tərəfindən mənimsənildiyi iddia olunur.
Sosial şəbəkələrdə yayılan başqa bir informasiyada isə bildirilir ki, Goranboy rayon Məşğulluq Mərkəzində baş vermiş saxtakarlıqla bağlı sənədlər yayılandan dərhal sonra siyahıda adıkeçən şəxslərin bir qisminin kartları tələm-tələsik özlərinə paylanmağa başlayıb.
Bu arada qeyd edək ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev işə başlayar-başlamaz Səlim Müslümovun vaxtında nazirlik sistemində kök salmış korrupsiya sisteminə qarşı mübarizəyə başlayıb. İnanırıq ki, Goranboy rayon Məşğulluq Mərkəzində baş vermiş saxtakarlıqla bağlı yeni nazir Sahil Babayev tədbirlər görərək baş verən korrupsiya faktlarını müvafiq qurumlara təqdim edəcək…
Qeyd edək ki, Goranboy rayon Məşğulluq Mərkəzində baş vermiş saxtakarlıqla bağlı yayılan məlumatlara hələki rəsmi qurumlar heç bir münasibət bildirməyib.

AzToday.az
Azərbaycanda görünməmiş saxtakarlıq: İcra başçısı həbs oluna bilər
Azərbaycanda görünməmiş saxtakarlıq: İcra başçısı həbs oluna bilər
Azərbaycanda görünməmiş saxtakarlıq: İcra başçısı həbs oluna bilər
Azərbaycanda görünməmiş saxtakarlıq: İcra başçısı həbs oluna bilər
Azərbaycanda görünməmiş saxtakarlıq: İcra başçısı həbs oluna bilər
Azərbaycanda görünməmiş saxtakarlıq: İcra başçısı həbs oluna bilər
Azərbaycanda görünməmiş saxtakarlıq: İcra başçısı həbs oluna bilər

Şərhlər

XƏBƏR LENTİ