SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qubadlı rayon təhsili rüşvətdə boğulur

Qubadlı rayon təhsili rüşvətdə boğulur

Tarix:

21-05-2018, 00:51

/ 3 572 dəfə oxundu.
Qubadlı rayon təhsili rüşvətdə boğulur

Bu gün bütün sahələrdə olduğu kimi Azərbaycan təhsili də inkişafa doğru hərəkət edir. Təhsil sisteminin maddi-texniki bazasının yaxşılaşdırmaq məqsədi ilə müasir standartlara uyğun yeni orta məktəblərin tikilməsi , təmiri məktəblərin müasir avadanlıqlarla təmin olunması hər birimizin gözü önündədir. İstər ölkə prezidenti cənab İlham Əliyevin, istərsə də onun xanımı I vitse prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı nəticəsində Azərbaycan təhsilini dünyanın ən inkişaf etmiş təhsili səviyyəsinə yüksəlməkdədir.

Hamımız bilirik ki, təhsil dövlətin onurğa sütunudur. Təhsili olmayan ölkə inkişafdan danışa bilməz. Cənab prezidentimiz İlham Əliyevin müvafiq sərəncamı ilə təyin olunan yeni təhsil naziri Ceyhun Bayramov az müddət olsa da, Azərbaycan təhsilinin inkişafı üçün gecə-gündüz əziyyət çəkir, öz bacarıq və səylərini əsirgəmir.
Çox təəssüflər olsun ki, bu inkişafa kölgə salanlar da az deyil.
Təhsil sistemindən rüşvətin , korrupsiyanın yığışdırıldığı bir zamanda hal-hazırda işğal altında olan Sumqayıt şəhəri Ceyranbatan ərazisində yerləşən Qubadlı rayon Çardaxlı kənd tam orta məktəbi köhnə qanunlarla idarə olunur, fond pulu, müəllimlər günü, son zənglə bağlı pul yığmaq, orda oxuyan şagirdlərin valideynlərinin ciblərinə girmək prosesi hələ də davam edir. Belə ki, məktəb direktoru Çingiz Salmanov bu cür qanundan kənar əməllərin qarşısını almaqdan özünə arxayınlığı ilə narazılıq edən valideynləri hədələməklər rüşvətxorluğun daha da dərinləşməsinə gətirib çıxardır. Məktəbin bir qrup şagirdlərinin valideynləri tərəfindən XəbərAl.az saytının poçt ünvanına Qubadlı rayon Çardaxlı kənd tam orta məktəbinin 4b sinif rəhbəri Xeyrənsə müəllimə tərəfindən qısa məktub şəklində yazılmış yazı göndərilmişdir. Məktub şagirdin valideyninə ünvanlanaraq yazılıb. Həmin məktubu sizə təqdim edirik.
Məktubdan da göründüyü kimi müəllimə valideyndən açıq-aşkar rüşvət tələb edir. Təəccüblüsü odur ki, məktəbdə baş verən bu proseslərdən xəbərdar olan direktor hətta o həddə çatıb ki, ona zəng vurub şikayət etmək istəyən valideynlərə qarşı kobud rəftar edərək “ gedin kimə istəyirsiz şikayət edin, heç kim mənim işimə qarışa bilməz “.
Bu məsələyə aydınlıq gətirmək üçün direktor müavini Mehman müəllimə zəng etdik. Saytımızın əməkdaşına bildirdi ki, məktəbimizdə şair qonaq var, başımız qarışıqdır, sonra direktor sizinlə əlaqə saxlayar. Lakin 2 gün keçməsinə baxmayaraq hələ də Çingiz Salmanov bu məsələ ilə bağlı nə bizimlə əlaqə saxlayıb, nə də zənglərimizə cavab verib.

Bizə şikayət ünvanlayan valideyn də bildir ki, bizim məsələyə aydınlıq gətirməyimizlə bağlı Mehman müəllimə qarşı tərəfin mövqeyini dinləmək məqsədi ilə edilən telefon zəngimizdən sonra valideynə zəng edərək “ o xəbəri saytlara verdirmə, gəl razılaşaq “ deyib.

Bu məsələni işıqlandırmağı özümüzə borc bildik. İşğalda olan torpaqlarımızın adını daşıyan məktəbdə belə bir prosesin baş verməsi nəinki təhsilimizə, eləcə də yurdundan didərgin düşmüş insanlarımıza qarşı edilən böyük haqsızlıq və hörmətsizlikdir. Biz inanırıq ki, sözügedən məsələyə təhsil naziri Ceyhun Bayramov və Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov bu məsələnin ciddi şəkildə həlli yolunu tapacaq və lazımi tədbirləri görəcəklər.

PS. Qubadlı rayon Çardaxlı kənd tam orta məktəbinin direktoru Çingiz Salmanovun qeyri-formal olaraq hansı vəzifə daşıdığını sonrakı yazılarımızda daha geniş sizlərə çatdıracağıq. Saytımızın araşdırmalarını izləməyə davam edin.

Qarşı tərəfi dinləməyə hazırıq.

XəbərAl.az Qubadlı rayon təhsili rüşvətdə boğulur
Qubadlı rayon təhsili rüşvətdə boğulur

Şərhlər

XƏBƏR LENTİ