SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » DAHA BİR MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB BU DƏFƏ ŞABRANDA

DAHA BİR MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB BU DƏFƏ ŞABRANDA

Tarix:

18-05-2018, 17:43

/ 1 424 dəfə oxundu.
DAHA BİR MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB BU DƏFƏ ŞABRANDA

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin və Veteranlar şurasının təşkilatçılığı ilə Ə.M.Quliyev adına Şahnəzərli kənd tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin nümayəndələri, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənildi.
Tədbiri açan məktəbin direktoru Finurə Ələsgərova bu gərəkli təşəbbüsə görə RPŞ-nin rəhbərliyinə öz təşəkkürü bildirərək, sözü RPŞ-nin rəisi Əli Mərdanova verib.
Öz çıxışında polis polkovniki Əli Mərdanov ölkədə narkomaniyaya qarşı görülən tədbirlərdən söz açıb, daxili işlər orqanları əməkdaşları tərəfindən ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlara qarşı aparılan tədbirlərdən, belə hadisələrin qarşısının qəytiyyətlə alınmasından danışıb. Gənclərə pis vərdişlərdən və ətraflarındakı “ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarının zəruriliyini bildirib.
Erkən nigaha daxilolma mövzusuna toxunan Ə.Mərdanov, yeniyetmə vaxtlarında qızların ailə qurmasını onların gələcəkdə onların fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib. Şagirdlərin əsasən təhsilə maraq göstərməli olduğu və gələcəyin yüksək ixtisaslı, müasir biliklərə yiyələnmiş mütəxəssislər kimi yetişmələrinin önəmindən danışıb.
Sonra çıxış edən Şabran RPŞ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Valeh Sadıqov narkomaniyaya düçar olmuş şəxslərin bu bəladan qurtula bilmədiklərini, narkotik vasitələrin təsiri altında olanların bir çox cinayətləri törətdiklərini bildirib. Və sonu olmayan, insanı günü-gündən daha da alçaldan vərdişdən uzaq durmağı məsləhət görüb. Narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərər, insanda yaratdığı asılılıq barəsində gənclərə ətraflı məlumat verərək hər bir gənci bu pis vərdişlərdən uzaq durmaqa çağırıb.
Daha sonra çıxış edən təhsil ocağının müəlliməsi Mehbarə Hacıyeva keçirilən belə tədbirlərin gənclərin həyatında böyük rol oynadığını, onların bir fərd kimi yetişmələrində düzgün yol göstərdiyini bildirib.
Görüşün sonunda məktəblilərə narkotik vasitələrin insan sağlamlığına mənfi təsiri ilə bağlı videoçarx nümayiş olunub.
Nizam Həmidov
polis leytenantı

xalqxeber.az
DAHA BİR MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB BU DƏFƏ ŞABRANDA
DAHA BİR MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB BU DƏFƏ ŞABRANDA
DAHA BİR MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB BU DƏFƏ ŞABRANDA

Şərhlər

XƏBƏR LENTİ