SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə kim gətirilir? ŞOK TƏYİNATLAR

Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə kim gətirilir? ŞOK TƏYİNATLAR

Tarix:

18-05-2018, 13:59

/ 2 633 dəfə oxundu.
Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə kim gətirilir? ŞOK TƏYİNATLAR

"Olaylar"a daxil olan məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə gətirilən şəxsin kimliyi yaxın günlərdə bəlli olacaq. Mənbə yeni merin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və yaxud Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin olacağını bildirib.

Qeyd edək ki, Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olub. Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlayıb. 1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlayıb. 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin İnstitutu bitirib. 1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunub. 1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak edərək Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilib. 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamına əsasən ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev 1966-cı ildə Sabirabad rayonunda anadan olub. 1991-ci ildə Novoçerkask Mühəndis Meliorasiya İnstitutunu, 2003-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1986-1991-ci illərdə Azərbaycan Respublikası Kənd Tikinti İstehsalat Birliyinin Sabirabad 8 saylı İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş dəstəsində fəhlə, iş ustası, mühəndis, baş mühəndis, 1991-1998-ci illərdə həmin idarənin rəisi vəzifəsində işləyib. 1998 - 2006-cı illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində (əvvəllər Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi yanıda Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi) Sabirabad Suvarma Sistemləri İdarəsinin və Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi vəzifələrində işləyib. 2006-cı ildən Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.

Şərhlər

XƏBƏR LENTİ