SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Kanal D-dən Acun İlıcalıya qadağa

Kanal D-dən Acun İlıcalıya qadağa

Tarix:

17-01-2017, 15:43

/ 2 093 dəfə oxundu.
Kanal D-dən Acun İlıcalıya qadağa

TV8-in sahibi Acun İlıcalıya Kanal D-də qadağa qoyulub

Acunla "Hürriyet Maqazin" arasında uzun zamandır davam edən münaqişənin nəticəsində "Kanal D Maqazin" məşhur aparıcı ilə bağlı hər bir görüntüyə qadağa qoyub.

Xatırladaq ki, "Hürriyet Maqazin"də uzun müddətdir sərt tənqid olunan Acun TV8-in görüntülərinin Kanal D tərəfindən alınmasını qadağan etmişdi. Bundan sonra telekanal analoji olaraq Acun və onun telekanalının hər hansı görüntülərinin efirdə verilməsini dayandırıb.

Qeyd edək ki, "Hürriyet Maqazin" və "Kanal D" "Doğan Yayım Holdinq"ə aiddir.

Şərhlər

XƏBƏR LENTİ