SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Səlim Müslümovun VEMTAS sistemi Gədəbəydə necə işləyib?

Səlim Müslümovun VEMTAS sistemi Gədəbəydə necə işləyib?

Tarix:

27-04-2018, 12:25

/ 1 834 dəfə oxundu.
Səlim Müslümovun VEMTAS sistemi Gədəbəydə necə işləyib?

Gədəbəydə ünvanlı sosial yardım alanlar arasında kimlər var, kimlər yox...
Məsud Məmmədov, daha doğrusu şöbə müdirinin işçiləri elektron VEMTAS sisteminə davamlı müdaxilə ediblər. Yəni sosial yardıma ehtiyacı olan insanların yazdıqları ərizələr sonradan dəyişdirilib və həmin şəxslər sosial yardım almağa uyğunsuz göstərilib və bunun üçündə ərizələrə əlavələr olunub
Gədəbəydən ünvanlanan şikayət məktubunda bildirilir ki, dövlətin yardımına ehtiyacı olan bir nəfər də ünvanlı sosial yardım ala bilmir. Baxmayaraq ki, keçmiş nazir Səlim Müslümov ünvanlı dövlət sosial yardım sistemində rüşvəti, məmur-vətəndaş əlaqəsini aradan qaldırmaq üçün bu sahədə elektronlaşdırma aparıb, ancaq aradan keçsə də Gədəbəydə 3 il müddətində sosial yardıma möhtac olan heç kim dövlətin yardımından istifadə edə bilməyib. Bunun səbəbi isə çox sadədir. Çünki DSMF-nin Gədəbəy rayon şöbəsinin rəisi Məsud Məmmədovun VEMTAS sisteminə müdaxiləsi ilə baş verib.
Saytımıza daxil olan məlumatda bildirilir ki, Məsud Məmmədov, daha doğrusu şöbə müdirinin işçiləri elektron VEMTAS sisteminə davamlı müdaxilə ediblər. Yəni sosial yardıma ehtiyacı olan insanların yazdıqları ərizələr sonradan dəyişdirilib və həmin şəxslər sosial yardım almağa uyğunsuz göstərilib və bunun üçündə ərizələrə əlavələr olunub. Dövlətin sosial yardımını isə əsasən Məsud Məmmədova rüşvət verən şəxslər ala biliblər. Yəni daha imkanlı və sosial yardıma ehtiyacı olmayan şəxslər. Həmçinin saytımıza daxil olan məlumatda bildirilir ki, DSMF-nin Gədəbəy rayon şöbəsində çalışanları qohumlarının böyük bir qismi də dşvlətdən qanunsuz sosial yardım alırlar. Amma onların aldıqları yardımlar birbaşa şöbə rəisi Məsud Məmmədovun və işçilərin cibinə gedib. Və hələ də getməkdədir...

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: AzFakt.com

Şərhlər

XƏBƏR LENTİ