SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mərhum jurnalistin bacısından yeni KOMİTƏ SƏDRİNƏ MÜRACİƏT

Mərhum jurnalistin bacısından yeni KOMİTƏ SƏDRİNƏ MÜRACİƏT

Tarix:

27-04-2018, 12:20

/ 1 170 dəfə oxundu.
Mərhum jurnalistin bacısından yeni KOMİTƏ SƏDRİNƏ MÜRACİƏT

Mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı, Zəngilan rayonundan qaçqın düşmüş Sevinc Fərhadova Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət edib.

2015-ci ildə atasını, 2016-cı ildə anası Solmaz xanımı itirdiyini qeyd edən S.Fərhadova ötən il qardaşı, tanınmış jurnalist Zabil Müqabiloğlunun vəfat etməsindən sonra tək qaldığını deyib.

“Qardaşım, ölkənin ən məşhur imzalarından olan Zabil Müqabiloğlu sağlığında "525-ci qəzet”, "Avropa”, "Tərcüman”, "Yeni Müsavat” qəzetlərində çalışıb və Gunxeber.com xəbər saytının baş redaktoru olub. Zabil bütün gəncliyini Azərbaycan mətbuatının inkişafına, ölkəmizin milli maraqlarının qorunmasına həsr etdi. İndi onun da bir övladı bizlərə əmanət qalıb”, - müraciətdə qeyd olunub.

O, Sabunçu rayonu Pirşağı qəsəbəsi Məşəl düşərgəsindəki mənzilinin bu il baş vermiş bədbəxt hadisə nəticəsində tamamilə yanıb kül olduğunu, hazırda qalmağa yeri olmadığını bildirib:

“Mən Sizə, dövlətimə sığınıram. İnanıram ki, məni bu çətinlikdən xilas edəcəksiniz. Xahiş edirəm ki, mənim mənzillə təmin olunmağım üçün lazımı göstərişlər verəsiniz”.

Şərhlər

XƏBƏR LENTİ