SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Dünya tarixi anlara şahidlik edir: Düşmən qardaşlar bir arada

Dünya tarixi anlara şahidlik edir: Düşmən qardaşlar bir arada

Tarix:

27-04-2018, 10:31

/ 1 994 dəfə oxundu.
Dünya tarixi anlara şahidlik edir: Düşmən qardaşlar bir arada

Şimali və Cənubi Koreya rəhbərləri Kim Çen İn və Mun Çey İn iki ölkə sərhəddində yerləşən "Panmunjom" kəndindəki "Sülh Evi"ndə bir araya gəlib.

Koreyalı dövlət başçıları sərhəd ərazisində əl-ələ görüşüblər. Kim Çen İn qısa müddətlik Cənubi Koreya sərhəddini keçərək bu ölkəyə daxil olub.

Cənubi Koreya mediasının məlumatına görə, Kim Mundan nüvə sınaqları səbəbilə onun yuxusuna mane olduğu üçün üzr istəyib və bunun bir daha baş verməyəcəyini dilə gətirib. Mun qarşılaşmanı "yaxşı danışıq" və "dünyaya hədiyyə" adlandırıb. Kim Çen İn Munu Şimali Koreyaya dəvət edib və tez-tez görüşmək təklifi ilə çıxış edib.

Qeyd edək ki, tərəflərin səhər görüşü artıq yekunlaşıb. Onlar günorta yenidən bir araya gələcək. Şimali Koreya lideri yüksək səviyyədə qorunan qara limuzinlə öz ölkəsinə qayıdıb.

Kimi "Sülh Evi"ndə bacısı Kim Yo Çenin də daxil olduğu 9 rəsmi müşayiət edib.

Naharda Şimali Koreya rəhbərinə İsveçrə kartof rostisi (Kim Çen İn bu ölkədə təhsil alıb) və Cənubi Koreyanın simvolu olan nodl ilə Cənubi Koreya likörü təqdim ediləcək. Munun Kim üçün nodl gətirdiyi qeyd edilir və danışıqlar zamanı o "Ümid edirəm ki, gətirdiyimiz nodldan zövq alacaqsan" fikrini deyib.

Qeyd edək ki, Mun və Çenin bir araya gəlməsi tarixi hadisə hesab edilir. Kim Çen İn 1953-cü ildə yekunlaşan Koreya müharibəsindən sonra sərhəd xəttini keçən ilk Şimali Koreya lideridir.

Qeyd edək ki, qısa müddət əvvəl Şimali Koreya sülh naminə nüvə sınaqlarını dayandırdığını elan edib. İyun ayında Kim və ABŞ prezidenti Donald Trampın görüşü gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ