SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azərişıq" yenə də narazılıq yaradır... - Müraciət

"Azərişıq" yenə də narazılıq yaradır... - Müraciət

Tarix:

27-04-2018, 09:53

/ 1 455 dəfə oxundu.
"Azərişıq" yenə də narazılıq yaradır... - Müraciət

zərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyevaya,
Energetika naziri cənab P.Şahbazova,
Azərenerji ASC-nin prezidenti cənab E.Pirverdiyevə,
Azərişıq ASC-nin sədri cənab B.Rzayevə,
Ombudsman Aparatının rəhbərinə,
Qaradağ rayon İcra Hakimiyyətinin başçısına, KİV orqanlarına
Qaradağ rayonu, Aşağı Güzdək kəndində yaşayan , Mirzəməmmədov Telman Heybət oğlu tərəfindən
AZƏRİŞIQ ASC-nin Qardağ rayon təşkilatı əməkdaşları tərəfindən Aşağı Güzdək kəndində tikdiyim evimə məxsus elektrik sayğacına guya müdaxilə edilməsilə bağlı tərtib etdikləri əsassızAKTla bağlı

Ş İ K A Y Ə T

Məlumat üçün bildirim ki, elektrik abonent kodu …..00396 olan sayğacıma 3 ay əvvəl baxış keçirilərkən şüşəsinin düşdüyü qeydə alınaraq bunun əsasında dərhal mənə 600 manat cərimə Aktı yazılmışdır. Mən bu əməkdaşları başa sala bilmədim ki, kabelləşmiş bir evə verilən elektrik xəttinə necə müdaxilə etmək olar? Sayğac da köhnə olduğundan hər ay onu yoxlamağa gələn nəzarətçi tərəfindən qapağının açılıb-örtülməsi nəticəsində rəqəmləri üstündəki balaca şüşə yerindən çıxıb sayğacın dibinə düşmüşdür. Və hər hansı müdaxilədən də söz gedə bilməz. Axı mən həmişə 50-70 manat aylıq istifadə etdiyim elektrik enerjisinin pulunu nümunəvi abonent kimi ödəmişəm. Heç vaxt borcum olmamışdır. Belə olan halda axı mən nəyə görə sayğaca müdaxilə edim?. Qoy ekspertizaya versinlər. sonra bu rəyə əsasən akt yazıb məni cərimələsinlər. Dopu hesabı dərhal cərimə yazılmasılə razı deyiləm. elektrik nəzarətçilərinin məni kimisadə vətəndaşlara qarşı qurduğu belə cərimə oyunu dövlətlə vətəndaş arasında ciddi narazılığın yaranmasına səbəb olur. Nəticədə isə rəsmi elektrik nəzarət işçiləri sabotajla məşğul olub öz xeyirlərinə hərkət etmək istəyirlər.
Hörmətli Mehriban xanım, hörmətli nazir! Mən vicdanlı istehlakçıyam. Və mənə qarşı qurulan “sayğac müdaxiləsi” oyunundan şikyət edərək bildiriəm ki, qoy ekspertiza mənim sayğacımı yoxlayıb rəy versin və sübut olunsun ki, mən sayğaca müdaxilə edib nə qədərsə kilovat enerjini silmişəm. Yoxsa ki, fiziki təsir nəticəsində sayğac şüşəsinin yerindən çıxmasına görə mən heş bir məsuliyyət daşımıram. Xahiş edirəm aidiyyatı üzrə şikayətim araşdırılsın və tədbir görülsün.

İMZA: T.H.Mirzəməmmədov 050-687 81 59. 26.04.2018

Qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ