SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » DİN,DTX,VN VƏ PROKURORLUQ XALİQ ABBASOVUN ŞİRKƏTLƏRİNİ ARAŞDIRIR

DİN,DTX,VN VƏ PROKURORLUQ XALİQ ABBASOVUN ŞİRKƏTLƏRİNİ ARAŞDIRIR

Tarix:

26-04-2018, 14:57

/ 6 373 dəfə oxundu.
DİN,DTX,VN VƏ PROKURORLUQ XALİQ ABBASOVUN ŞİRKƏTLƏRİNİ ARAŞDIRIR

Məlumat üçün bildirək ki, “Şurataz LTD” şirkətinin sahibi Xaliq Abbasovun Baş Gömrük İdarəsində etdiyi invoys saxtakarlığı ilə bağlı “Qafqaz Xəbər Agentliyi” MMC-nin baş direktoru Araz Məmmədov hüquq mühafizə orqanlarına müraciət edib.
Həmin müraciətdə bildirilir ki,“Şurataz LTD” MMC-nin rəhbəri Xaliq Nərman oğlu Abbasov yaxın əlaqədə olduğu SOCAR şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovla öz aralarında sövdələşərək müxtəlif növ şinlərin alqı-satqısını dövlətə 80-100 faiz şişirdilmiş qiymətlərlə sənədləşdirilər.
Nəticədə isə milyonlarla manat məbləğdə pullar mənimsənilir. “Bağlanmış müqaviləyə əsasən “Şurataz LTD” MMC SOCAR şirkətinin Nəqliyyat İdarəsini müxtəlif növ avtomobil şinləri ilə təmin edib.

Qeyd edək ki, şirkətin rəsmi saytı “shurataz.az”da onun sahibi Xaliq Abbasov haqqında heç bir məlumat göstərilmir.

Məsələn, bazar qiyməti 300 manat olan 315-80R-22,5 ölçülü şin “Şurataz LTD” MMC ilə SOCAR şirkəti arasında 500 manata sənədləşdirilir. Bu cür bir çox nümunələr təqdim edə bilərik.
Bu işlərdə də Xaliq Abbasov müxtəlif maxinasiyalara yol verib və vergilərdən yayınmışdır. Ölkədə daha ucuz şin sata biləcək şirkətlər kənarda qalır, Mikayıl İsmayılovun protejesi SOCAR-ın əsas tərəfdaşlarından biri kimi çıxış edir. Bundan başqa, X.Abbasovun “İFO Tire LTD” adlı bir şirkəti də var. O, Avropa, Türkiyə, Ukrayna, Rusiya, Çin və BƏƏ-dən gətirilən şinlərin Gürcüstandakı Poti Azad Ticarət Zonasında “invoice”indəki qiymətləri dəyişdirir, sonra həmin şirkət vasitəsilə iki dəfə az gömrük rüsumu ödəməklə Azərbaycana keçirərək, burda “İFO Tire” LTD ilə “Şurataz LTD” arasında alqı-satqı edir.
Beləcə, 36 faiz vergi verən, qanuni sənədləşdirmə aparan digər sahibkarlara 100 min manata başa gələn müəyyən həcmdə idxalat partiyası Xaliq Abbasova 50 min manata başa gəlir. Xaliq Abbasov uzun illərdir Sumqayıt Baş Gömrük İdarəsinin maliyyə şöbəsinin müdiri Əhmədlə dostluq edir və eyni zamanda, idarənin rəisi Vəzir Həsənovla isti münasibətləri var. Vəzir Həsənov əvvəl Tovuz Gömrük İdarəsinə rəhbərlik edib.
Belə ki, təkər idxalı zamanı “invoice”in azaldılmasında, gömrük rüsumundan və vergilərdən yayınma hallarında Xaliq Abbasova himayədarlıq edən əsas fiqur da odur.
Beləliklə, Xaliq Abbasov bu cür əlaqələr və dostluqlar vasitəsilə ölkədə yeni “parlayan” monopolistə çevrilib. Redaksiyamıza “İFO Tire” LTD şirkətinin adına Sumqayıt BGİ-nə gətirilən malların “invoice” sənədlərindən “Goodyear” və “Lanvigator” şirkətlərinin istehsal etdiyi məhsulların surəti göndərilib. 2016-cı ilin birinci ayında gələn malın “İnvoice”inin üstündə “İfo Tire” LTD yazılmasa da, bu hesabatın hansı şirkətə məxsus olduğunu müəyyənləşdirmək asandır. Malın siyahısı və dəyəri invoysda göstərilib. “İnvoice” hesablamasında zavodun qiymətləri karandaşla qeyd olunub, lakin içəridə göstərilən qiymətlər Xaliq Abbasov tərəfindən azaldılan qiymətlərdir.
Çox güman ki, Xaliq Abbasov invoysda malın zavod qiymətini azaltmazdan əvvəl Sumqayıt BGİ-nin rəisi Vəzir Həsənovla razılaşıb. Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, “IFO Tire” LTD şirkətinin təsisçisi Məhərrəmov İslah Siyafər oğludur.

Sual yarana bilər ki, onda Xaliq Abbasovun bu işə nə aidiyyəti var?

Məsələ bundadır ki, Məhərrəmov İslah Siyafər oğlu “IFO Tire” LTD şirkətinin təsisçisi olmaqdan savayı, həm də “Şurataz LTD” MMC də şirkət sahibi və baş direktor Xaliq Abbasovun birinci müavinidir. Yəni, Xaliq Abbasov özünün “yedək” şirkətinin rəsmi rəhbərliyini məhz özünün “Şurataz”dakı müavininə həvalə edib.
Birinci “invoice” sənədində tam aydın görünür ki, zavod qiymətinin ümumi məbləği 77 min 168 dollar olduğu halda, invoysda 49 min 550 dollar göstərməklə 27 min 617 dollar məbləğində malın invoysunu azaldaraq vergidən yayınma faktı var.
İkinci invoysda isə ümumi qiymət 35 min 460 dollar təşkil edir, bu da zavod qiymətindən 5 min 261 dollar azdır. Yəni zavod qiyməti 40 min 722 dollar təşkil edir. Beləliklə, Xaliq Abbasovla İslah Məhərrəmov 5 min 261 dollar məbləğində malın rəsmi “invoice”ini azaldaraq saxtakarlıq yolu ilə vergidən yayınıblar. “İfo Tire” LTD şirkəti “Şurataz LTD” MMC şirkətinə təkcə 2016-cı ilin birinci rübündə 68 konteyner mal göndərib. Nəticədə isə, dövlətdən nə az-nə çox, 2 milyon 440 min ABŞ dolları gizlədilib. Azərbaycan iqtisadiyyatının çətin günlər yaşadığı, ölkə daxilində valyuta dövriyyəsinin əhəmiyyət daşıdığı bir zamanda, bəzi şəxslərin dövlətdən pul gizlətməsi, gəlirlərini isə müxtəlif vasitələrlə xaricə “daşıması” yolverilməzdir”,-müraciətdə bildirilir.
Daxil olan yeni məlumata görə araşdırmaların nəticəsində məlum olub ki, saxta invoysla ölkəyə avtomobil təkərlərini idxal edən Xaliq Abbasovun şirkətlərinə məxsus mallar 20 gündən çoxdur ki, Sumqayıt gömrük idarəsində saxlanılıb. Çıxılmaz vəziyyətə düşən Xaliq Abbasov hüquq mühafizə orqanlarında dindirilərək törətdiyi cinayətlərə cavab verməyə məcbur olub. Vaxtı ilə keçmiş MTN-nin 4-cü Baş idarəsinin rəisi general Akif Çovdarovun vasitəsi ilə bir çox cinayətləri həyata keçirən Xaliq Abbasov indi əli hər yerdən üzülüb. Yeganə ümidi ona yardım edən “Qida Təhlükəsizliyi Agentliyi”nin sədri Qoşqar Təhməzli olub.
Ancaq ölkə mətbuatı Qoşqar Təhməzli ilə Xaliq Abbasovun yaxın dostluq əlaqələrindən yazandan sonra Q.Təhməzli də X.Abbasovdan imtına edib. X.Abbasovdan imtina edənlərdən biri də onun kürəkənidir. X.Abbasovla bağlı ölkə mətbuatında yazılar dərc olunandan sonra, kürəkən də qaynatası X.Abbasovdan yazılarla bağlı hesabat tələb edib.
Hətta kürəkən qaynataya bildirib ki, əgər o, özü barəsində yazılanlara dəqiq təkzibedici məlumat verə bilməsə, onunla qohumluq əlaqələrini kəsəcək.
Məlumat üçün bildirək ki, X.Abbasov “Qafqaz Xəbər Agentliyi” MMC-ni məhkəməyə verib və onu məhkəmə proseslərində Akif Çovdarovun vəkili Şahin Rəfiyev təmsil edir.
365İNFO.ORG-un əldə etdiyi məlumata görə X.Abbasovun şirkətləri bir çox dövlət müəssisələri ilə əməkdaşlıq edir.

Ölkə mətbuatı onun dövlət müəssisələri ilə gördüyü maxinasiyalardan yazandan sonra, o özü üçün bir çıxış yolu tapa bilib.
Belə ki, indi X.Abbasov xarici ölkələrdən ölkəmizə idxal etdiyi malları çalışır birbaşa həmin dövlət təşkilatlarının adına rəsmiləşdirsin. Çünki onun şirkətləri barədə ölkə mətbuatında çoxsaylı neqativ məlumatlar dərc olunduğu üçün, dövlət təşkilatları onun şirkətləri ilə daha iş görməyə ehtiyat edirlər.

Araşdırmamız davam edir, bizi izləyin.

365İNFO.ORG
DİN,DTX,VN VƏ PROKURORLUQ XALİQ ABBASOVUN ŞİRKƏTLƏRİNİ ARAŞDIRIR
DİN,DTX,VN VƏ PROKURORLUQ XALİQ ABBASOVUN ŞİRKƏTLƏRİNİ ARAŞDIRIR
DİN,DTX,VN VƏ PROKURORLUQ XALİQ ABBASOVUN ŞİRKƏTLƏRİNİ ARAŞDIRIR

Şərhlər

XƏBƏR LENTİ