SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “Almaniya Azərbaycanı dəstəkləməyə hazırdır” - Merkeldən Əliyevə

“Almaniya Azərbaycanı dəstəkləməyə hazırdır” - Merkeldən Əliyevə

Tarix:

26-04-2018, 13:41

/ 1 544 dəfə oxundu.
“Almaniya Azərbaycanı dəstəkləməyə hazırdır” - Merkeldən Əliyevə

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel prezident İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib.

xalqxeber.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm.

Mən dövlətlərimiz və cəmiyyətlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsini dəstəkləyirəm. Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda gələcəkdə də tərəfdaş kimi dəstəkləməyə hazırdır.

Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm".

Şərhlər

XƏBƏR LENTİ