SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Üzərində 20 min manat olan şirkət xəzinədarına hücum olub, ona 14 bıçaq zərbəsi vurulub

Üzərində 20 min manat olan şirkət xəzinədarına hücum olub, ona 14 bıçaq zərbəsi vurulub

Tarix:

26-04-2018, 11:01

/ 1 513 dəfə oxundu.
Üzərində 20 min manat olan şirkət xəzinədarına hücum olub, ona 14 bıçaq zərbəsi vurulub

Bakının Yasamal rayonu, Naxçıvani küçəsində baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə zamanı bıçaqlanan 1989-cu il təvəllüdlü Tərxan Namazov “ZD Travel” şirkətinin xəzinədarıdır. Naməlum şəxs onu bıçaqlayıb və üzərində olan 20 min manat pulu götürərək qaçmağa cəhd edib, lakin buna nail ola bilməyib.

14 bıçaq yarası almış T.Namazov ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə zamanı T.Namazovun üzərində olan 20 min manat şirkətə məxsus olub.

25 aprel, saat 23:54

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Naxçıvani küçəsi, 15 ünvanında yerləşən ofisə qarət məqsədi ilə edilən basqın zamanı qeydə alınıb.

Maskalı şəxs ofisə daxil olaraq oradakı seyfdən pulları aparmaq istəyib. Bu zaman onun qarşısına 1989-cu il təvəllüdlü Namazov Tərxan Süleyman oğlu çıxıb və onun bu əməlinin qarşısınıa alarkən, naməlum şəxs ona ümumilikdə 14 bıçaq zərbəsi vurub. Naməlum şəxs hadisə yerindən qaçıb. Yaralı çoxlu qan itirib. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Şərhlər

XƏBƏR LENTİ