SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prokurorluq nazirin Suraxanıdakı kadrını yoxlayır: Əjdər Olun qardaşı həbsə gedir...?

Prokurorluq nazirin Suraxanıdakı kadrını yoxlayır: Əjdər Olun qardaşı həbsə gedir...?

Tarix:

26-04-2018, 09:54

/ 3 183 dəfə oxundu.
Prokurorluq nazirin Suraxanıdakı kadrını yoxlayır: Əjdər Olun qardaşı həbsə gedir...?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Suraxanı rayon şöbəsinin fəaliyəti Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən araşdırılır

FİA.Az-ın mediaya və sosial şəbəkələrə istinadən verdiyi məlumata görə, araşdırma işdən çıxarılmış bir neçə şöbə əməkdaşının idarəyə təqdim etdikləri sənədlər əsasında aparılır.

Bildirilir ki, həmin sənədlərdə şöbədə baş verən ağır maliyyə cinayətlərinin üstünü açmağa imkan verən məlumatlar yer alıb.

Əsasən saxta pensiya işləri, ayrı-ayrı pensiyaçıların bank hesablarına köçürülərək mənimsənilmiş yüz min manatlarla vəsaitdən söhbət getdiyi deyilir.

İddia olunur ki, hazırda araşdırma çərçivisində DSMF Suraxanı şöbəsindən mütəmadi olaraq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə sənədlər daşınır.

Bu, DSMF Suraxanı şöbəsində ilk yoxlama deyil. Bundan əvvəl də şöbədə yoxlama baş verib. Şöbənin müdiri Şahalı Cəbiyevdir.

Onun qardaşı Əjdər Cəbiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəridir və faktiki olaraq nazirliyin bütün fəaliyyətinə nəzarət edir.

Mətbuatda bundan əvvəl də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanlarında törədilən maliyyə cinayətləri ilə bağlı ilginc məlumat yer alıb.

Bu xüsusda Nazirliyin funksiyasına daxil olan ən böyük sahə olan pensiya təyinatı və ödənişindən bəhs olunub.

FİA.Az-ın mediaya və sosial şəbəkələrə istinadən verdiyi məlumata görə, Suraxanı şöbəsindəki qanunsuzluqlar haqda verilən dosye təsdiqini tapmaq üzrədir.

Ə.Olun qardaşını xilas etməyə çalışdığı, həbs təhlükəsindən qorumağa can atdığı bildirilir.

Rayon, şəhər Sosial Müdafiə Fondlarının rəhbərləri işçilərlə əlbir olaraq pensiyaçıların bank hesablarına iri məbləğdə - yəni bir adama 2 min manatdan 70-80 min manatadək pul köçürülür.

Bu məbləğlərin rahat şəkildə oğurlanması üçün belə sənədləşmə aparılır ki, guya pensiya təyin olunarkən düzgün hesablama aparılmayıb.

Buna görə də pensiyaçının pensiya məbləği yenidən müəyyən olunub və aylıq məbləği doğru-dürüst hesablanıb.

Pensiyaçının illərlə almadığı məbləği də hesablayıb onun hesabına oturdurlar. Bu işə qanuni don geyindirmək üçün bəzən saxta məhkəmə qətnamələrindən də istifadə olunur.

Amma əsas məsələ ondadır ki, bu məbləğ köçürülməmiş pensiya kartı pensiyaçıdan alınır və ona şərt qoyulur ki, pensiyanın aylıq məbləğini artırırıq.

Nə qədər birdəfəlik pul köçürürüksə, o bizə - yəni fondun işçilərinə çatacaq.

Nazirliyin mövqeyini yayınlamağa hazırıq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ