SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda qayda pozub, təpik atan 90-SO-003 nömrəli avtomobilin sürücüsü tutuldu (VİDEO)

Bakıda qayda pozub, təpik atan 90-SO-003 nömrəli avtomobilin sürücüsü tutuldu (VİDEO)

Tarix:

25-04-2018, 14:29

/ 2 835 dəfə oxundu.
Bakıda qayda pozub, təpik atan 90-SO-003 nömrəli avtomobilin sürücüsü tutuldu (VİDEO)

Bakı-Ələt yolunun 34-cü kilometrliyində yolun əks istiqamətinə çıxaraq axına qarşı hərəkət edən 90-SO-003 qeydiyyat nişanlı BMW markalı avtomobilin sürücüsü tutulub.

Avtosfer.az-a istinadən xəbərə görə, polis sürücünün şəxsiyyətini müəyyənləşdirib. Məlum olub ki, BMW-nin sürücüsü 1987-ci il təvəllüdlü Seyfullayev Rauf Ağaverdi oğludur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə avtosfer.az saytının əməkdaşının idarə etdiyi avtomobilin kamerasına düşüb. Bundan sonra hadisə barədə xəbər saytlarında və sosial şəbəkələrdə videogörüntü yayılıb. Videodan görünür ki, Bakı istiqamətində hərəkət edən sürücü qarşıdan əks istiqamətdə hərəkət edən avtomobilə yaxınlaşarkən sürətini azaldıb və yenidən yoluna davam edib. Bundan əsəbləşən 90-SO-003 qeydiyyat nişanlı BMW-nin sürücüsü və sərnişini görüntüləri qeydə alan avtomobilin arxasınca gedib təhlükəli manevrlər edərək onun qarşısını kəsiblər. Bu zaman avtomobildən düşən sərnişin sürücüyə yaxınlaşarkən maşına təpik vurub. Bundan sonra onlar yenidən avtomobillə arxasıyca gedərək bir daha təhlükəli manevrlər edərək həmin sürücünün qarşısını kəsiblər. Bu dəfə avtomobildən düşən sürücü də görüntüləri qeydə alan avtomobilə təpik vurub. Nəticədə avtomobilin banı əzilib və sürücüyə maddi və mənəvi ziyan vurublar. Sürücü dərhal DİN-in 102 qaynar xəttinə şikayət edib.

Həmin avtomobildə qadağan edilmiş səs siqnalı da olub.

Şərhlər

XƏBƏR LENTİ