SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Diasporla İş üzrə Dövlət Komitəsində Ramin Məmmədov kabusu-AĞIR İTTİHAMLAR

Diasporla İş üzrə Dövlət Komitəsində Ramin Məmmədov kabusu-AĞIR İTTİHAMLAR

Tarix:

24-04-2018, 22:46

/ 6 227 dəfə oxundu.
Diasporla İş üzrə Dövlət Komitəsində Ramin Məmmədov kabusu-AĞIR İTTİHAMLAR

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Nazirlər Kabinetinin yeni tərkibində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov yer almayıb. Prezidentin sərəncamı ilə onun yerinə Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov təyin olunub.
Prezidentin məlum sərəncamını şərh edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirib ki, komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib: “Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi. Təbii ki, bütün bunlardan prezident İlham Əliyevin də məlumatı var. Buna görə də, prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”
Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.
Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimov rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
Akademik daha sonra bildirib ki, Nazim İbrahimovun sədrliyi dövründə xaricdə yaşayan azərbaycanlılarla bağlı konkret heç bir iş görülməyib.
“Buna görə də bu gün Avropada, ABŞ-da və digər ölkələrdə yaşayan bəzi azərbaycanlılar Azərbaycana, onun dövlətçiliyinə qarşı təxribat xarakterli çağırışlar edirlər. Heç ermənilər də bunu etmir. Düzdür, ermənilər öz daxilində bir-birilərinə qarşı narazlıq və ya etiraz edirlər. Lakin ermənilər öz dövlətinə qarşı xarici ölkələrdən çağırış etmirlər. Təbii ki, bu da Diasporla İş üzrə Dövlət Komitəsinin səriştəsiz fəaliyyətindən irəli gəlir”, – deyə, akademik Ramiz Mehdiyev vurğulayıb.
Ramiz Mehdiyevin məlum çıxışından sonra Diasporla İş üzrə Dövlət Komitəsi ilə bağlı sosial şəbəkələrdə olduqca ilginc ittihamlar səslənməyə başlayıb. Məsələn, Veteninfo.az saytı yazıb ki, yuxarıda sadalanan problemlərin yaranmasında Nazim İbrahimovla yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin birbaşa qeyd olunan sahələr üzrə məsul şəxsi, yəni komitə sədrinin müavini Ramin Məmmədovun da payı var və o, hələ də işdən azad olunmayıb. Sayt qeyd edir ki, komitənin Avropa və Asiya ölkələrindəki diaspora qrumları ilə işin təşkili birbaşa Ramin Məmmədovun nəzarətində olub. Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı olduğunu və müəyyən səbəblərdən adını açıqlamaq istəmədiyini bildirən mənbənin verdiyi məlumata görə, Ramin Məmmədov Avropa və Asiya ölkələrində diaspora işinin təşkili ilə məşğul olmaq əvəzinə, öz maraqlarına xidmət edib.
xalqxeber.az veteninfo.az-a istinadən xəbər verir ki, R.Məmmədovun adı hətta bir sıra layiq olmayan şəxsləri maddi maraq qarşılığında dövlət mükafatlarına salmaqda da hallanır.
Mediada yayılan məlumatlara görə, Nazim İbrahimovla yanaşı, komitə sədrinin müavininin də məsuliyyətə cəlb edilməsi gözlənilir. Amma bu məlumat adıçəkilən şəxs tərəfindən nə təsdiq, nə də təkzib edilib.

Şərhlər

XƏBƏR LENTİ