SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » DYP əməkdaşı qayda pozan sürücüdən üzr istədi – VİDEO

DYP əməkdaşı qayda pozan sürücüdən üzr istədi – VİDEO

Tarix:

24-04-2018, 16:40

/ 2 671 dəfə oxundu.
DYP əməkdaşı qayda pozan sürücüdən üzr istədi – VİDEO

Vətəndaşlarla Dövlət Yol Polisi əməkdaşları arasında zaman-zaman maraqlı ünsiyyət yaranır. Dövlət Yol Polisi əməkdaşları “Yol hərəkəti haqqında” qanunvericiliyin tələblərini pozan sürücülərin saxlanılmasından sonra əksər sürücülər qayda pozmadıqlarını sübut etmək istəyirlər.

Bir çox hallarda Dövlət Yol Polisi əməkdaşları səbirli şəkildə və qanunvericlikdən gətirilən əsaslarla sürücülərin qayda pozduqlarını sübut ediblər. Amma bu günlərdə sosial səbəkədə yayılan bir videoda görünür ki, sürücü yol nişanlarının tələblərini pozduğu üçün Dövlət Yol Polisi əməkdaşı tərəfindən durdurulur. Amma sürücü ilə polis əməkdaşı arasında dialoqun sonunda sürücü yol nişanları arasında ziddiyyət olduğunu və qanunvericiliyin verdiyi hüquqa uyğun davrandığını əsaslandıraraq özünün haqlı olduğunu göstərir. Bunun ardınca yol polisi əməkdaşı sürücüdən üzr istəyərək problemin aradan qaldırılması üçün əlaqədar qurumlar qarşısında məsələ qaldıracağını bildirir.

Amma videonun sonunda sürücü özü də “Yol hərəkəti haqqında” qanunvericiliyin tələblərini pozaraq əllərini sükandan çəkərək avtomobili idarə edir.

xalqxeber.az avtosfer.az istinadən həmin videonu oxuculara təqdim edir:

Şərhlər

XƏBƏR LENTİ