SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Əliyev Türkiyə nümayəndə heyətini qəbul etdi

Əliyev Türkiyə nümayəndə heyətini qəbul etdi

Tarix:

23-02-2017, 16:09

/ 1 677 dəfə oxundu.
Əliyev Türkiyə nümayəndə heyətini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir Faruk Çelik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını dövlət başçısına çatdırıb. Faruk Çelik hazırda Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi arasında sıx əməkdaşlığın yaradıldığını deyib.

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda telefon danışığını və Baş nazir Binəli Yıldırımla Münxendə görüşünü məmnunluqla xatırlayıb. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin bu gün Bakıda keçirilən növbəti toplantısının önəmini qeyd edən dövlət başçısı Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrakla səmərəli görüşün olduğunu vurğulayıb.

Şərhlər

XƏBƏR LENTİ