SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sakinlər çoxsaylı müraciət etdi, "Azəriqaz" müraciətlərdən xəbərsizdir? - ŞİKAYƏT

Sakinlər çoxsaylı müraciət etdi, "Azəriqaz" müraciətlərdən xəbərsizdir? - ŞİKAYƏT

Tarix:

20-04-2018, 16:55

/ 1 782 dəfə oxundu.
Sakinlər çoxsaylı müraciət etdi, "Azəriqaz" müraciətlərdən xəbərsizdir? - ŞİKAYƏT

Xəbər verdiyimiz kimi Neftçala rayonu Astanlı kənd sakini Məmmədov Ələkbər Səftər oğlu redaksiyamıza müraciət edərək illərdin kəndlərində qaz üzünə həsrət qaldığını və bununla bağlı səlahiyyətli qurumlara müraciət etsələr də cavabsız qaldığını söyləyib.

Bununla bağlı BiG.AZ-a açıqlama verən “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, dövlət proqramına uyğun qazlaşdırma işləri aparılır. Ötən rüb ərzində yaşayış yerlərinin qazlaşdırılması məqsədi ilə bu ilin 3 ayında 775.4 kilometr yeni qaz xəttləri çəkilib. 56.6 kilometr qaz kəməri isə əsaslı təmir olunub. 19 yaşayış məntəqəsi tam qazlaşdırılıb. Dövlət proqramında nəzərdə tutulan yaşayış məntəqələrin qazlaşdırılması ilə bağlı başlanılan işlər davam etdirilir. Nefçala rayonun Astanlı kəndin sakinləri bizə müraciət etsinlər. Araşdırılıb onlara ətraflı məlumat veriləcək. Ola bilməz ki, kimsə bizə müraciət etsin. Onun şikayətinə baxılmasın”.

İbrahim Kərbalayev vurğuıayıb ki, sizə müraciət edən Neftçala rayon sakinin məktubuna baxılıb: "Maliyyə ayrılandan sonra Astanlı kəndindəki mövcud problem də həll olunacaq. Bilirsiniz bölgələrin qazlaşdırılması üçün tədbirlər planı hazırlanır. 19 rayon üzrə 30 yaşayış məntəqələrində qazlaşma işləri başlanılıb. Hazırda Nefçala rayonun Ərəb Qardaşbəyli, Cəngan kəndlərinin qazlaşdırılması ilə bağlı işlər aparılır. Gələcəkdə maliyyə ayrılanda Astanlı kəndində də qazlaşdırılma işləri aparılacaq. Astanlı kəndində 15-16 ev qazla təmin olunub. Bu da kənd sakinlərinin şəxsi hesabına çəkilib. “Azəriqaz” ASC tərəfindən qazlaşdırma işləri aparılmayıb. Gələcəkdə maliyyə ayrılsa evlərə də yenidən qaz xətti çəkiləcək".

Şərhlər

XƏBƏR LENTİ