SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sakinlər Binəqədi İcra Hakimiyyəti və qanunsuz tikililərdən şikayətçidir - VİDEOGİLEY

Sakinlər Binəqədi İcra Hakimiyyəti və qanunsuz tikililərdən şikayətçidir - VİDEOGİLEY

Tarix:

20-04-2018, 16:31

/ 1 950 dəfə oxundu.
Sakinlər Binəqədi İcra Hakimiyyəti və qanunsuz tikililərdən şikayətçidir - VİDEOGİLEY

Əcəmi Naxçıvani küçəsində yerləşən 6,7 və 8-ci binanın sakinləri yaşadıqları binanın həyətində qanunsuz tikililərin sökülməsini tələb edir.

Saytımıza müraciət edən sakinlər həyətdə qeyri-qanuni avtomobil dayanacaqlarının tikildiyini, maşınlara cızılaraq ziyan verildiyini bildirib:

“120 nəfər ərizə yazıb imzalamışıq. Ərizə elektron formatda Bakı Şəhər İcra Hakimiyyəti və Binəqədi Rayon İcra Hakimiyyətinə göndərilib. Binəqədi Rayon İcra Hakimiyyətindən gəlib sökmək istəyəndə həmin qurumun Təsərrüfat şöbəsinin müdiri Elşad Rəhimov icazə vermir. O, əvvəl burada yaşayıb. Bütün məhəllə öz vəsaitimizlə ağaclar əkmişik. Bizə kömək edən yoxdur”.

primetime.az

Şərhlər

XƏBƏR LENTİ