SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Məşhur mafiya başçısı öldürüldü

Məşhur mafiya başçısı öldürüldü

Tarix:

20-04-2018, 14:15

/ 1 743 dəfə oxundu.
Məşhur mafiya başçısı öldürüldü

Kriminal aləmdə "Bubi" kimi tanınan 45 yaşlı mafioz Yorqos Litsos Yunanıstanın Afina şəhərində güllələnərək öldürülüb.

Xarici mətbuata istinadən xəbər veririk ki, kimliyi bilinməyən iki şəxs onun avtomobilini gülləbaran edib.

"Bubi" ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis qətlin cinayətkar qruplaşmalar arasında hesablaşma səbəbindən törədildiyini ehtimal edir.

Qeyd edək ki, "Bubi" Yunanıstan mafiasının "Xaç atası" kimi tanınırdı.

Şərhlər

XƏBƏR LENTİ