SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Media Klub təsis edilib

Media Klub təsis edilib

Tarix:

20-04-2018, 10:06

/ 1 086 dəfə oxundu.
Media Klub təsis edilib

Aprelin 19-da ölkənin müstəqil media ictimaiyyətinin bir qrup nümayəndəsi “Media Klub”un yaradıldığını elan edib. Klubun məqsədi ölkənin müstəqil, sağlam informasiya məkanının formalaşdırılmasıdır.

“Media Klub”un yaradılması haqqında bəyanatı Arif Əliyev, Elçin Şıxlı, Elimdar Əliyev, Ələsgər Məmmədli, Əvəz Zeynallı, Qulu Məhərrəmli, Mehman Əliyev, Zahir Əzəmət imzalayıb.

Sənəddə qeyd edilir ki, media ictimaiyyətinin nümayəndələri Azərbaycanda müstəqil, keyfiyyətli və məsuliyyətli KİV-in təşəkkülünə və onlara olan ictimai etimadın bərpasına kömək edəcək mühitin yaradılması, o cümlədən informasiya vasitələrinin manipulyasiya, təcavüz, təhqir və yalan sisteminə çevrilməsi cəhdlərinin qarşısının alınması məqsədi ilə səylərin birləşdirilməsini zəruri hesab edir.

“Media Klub”un yaradılması ideyası Azərbaycan informasiya məkanının üzləşdiyi, ənənəvi KİV-in böhranı və sosial şəbəkələrin manipulyasiya sisteminə çevrilməsi cəhdləri ilə səciyyələnən çağırışlarla şərtlənib.

Şərhlər

XƏBƏR LENTİ