SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda tozun miqdarı normadan 30 faiz yuxarıdır - ETSN

Bakıda tozun miqdarı normadan 30 faiz yuxarıdır - ETSN

Tarix:

19-04-2018, 09:49

/ 1 122 dəfə oxundu.
Bakıda tozun miqdarı normadan 30 faiz yuxarıdır - ETSN

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 19 aprel 2018-ci il tarixində səhər saat 09:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 30 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Ərəbistan yarımadasından daxil olan toz-dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.

Şərhlər

XƏBƏR LENTİ