SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qalib Ağayev həbs edildi

Qalib Ağayev həbs edildi

Tarix:

23-02-2017, 15:09

/ 2 052 dəfə oxundu.
Qalib Ağayev həbs edildi

Rusiyanın Moskva vilayətində fəaliyyət göstərən Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin sədri Qalib Ağayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

2015-ci ildə Qalib Ağayev 600 min rubl (hazırkı məzənnə ilə təxminən 18 min manat) büdcə vəsaitini qrant kimi cəlb edərək, "Rusiya türkiyəli və azərbaycanlı məktəblilərin gözü ilə" layihəsini həyata keçirəcəyini bildirib. Həmin layihə çərçivəsində o, Rusiya Təhsil Nazirliyinin "Rus dünyası" fondunun ayırdığı pul hesabına Azərbaycandan və Türkiyədən məktəblilərin Rusiyaya dəvət edilməsini və yeniyetmə qonaqlara "Rusiya Qızıl Halqası"na daxil olan şəhərləri göstərməli idi.

Lakin mənbənin bildirdiyinə görə, bu vəsait ayrılsa da layihə həyata keçirilməyib və Qalib Ağayev sözügedən pulları mənimsəyib. Onun barəsində Moskva vilayəti polisində "dələduzluq" maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmənin qərarı ilə Qalib Ağayev ev dustaqlığına məhkum olunub.

Şərhlər

XƏBƏR LENTİ