SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ali Məclisdən hansı qərar çıxacaq? - Gözlər Naxçıvanda

Ali Məclisdən hansı qərar çıxacaq? - Gözlər Naxçıvanda

Tarix:

23-02-2017, 12:53

/ 1 794 dəfə oxundu.
Ali Məclisdən hansı qərar çıxacaq? - Gözlər Naxçıvanda

Naxçıvan Ali Məclisi toplanır.

Bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 5-ci sessiyasının iclası çağrılıb.Məlumata görə, iclasın gündəliyində konstitusiyaya dəyişiklik edilməsi, 2016-cı ilin büdcəsinin icrasının təsdiqi məsələlərinin müzakirəsi daxildir.

Qeyd edək ki, dünən ölkə mətbuatı Ali Məclisin fövqəladə sessiyasının çağırıldığı barədə məlumat yaymışdı. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun vitse-prezident təyin ediləcəyi, konstitusiyaya da dəyişikliklərin məhz bu səbəbdən ediləcəyi qeyd edilirdi.

Məlumatlara görə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər Azərbaycanın idarə sistemində dəyişikliklərlə - vitse-prezident institutunun tətbiqi ilə bağlıdır.

Şərhlər

XƏBƏR LENTİ