SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Ruhi: “Şükür ki, qızım olmadı, günlərlə depressiyaya düşərdim”

Ruhi: “Şükür ki, qızım olmadı, günlərlə depressiyaya düşərdim”

Tarix:

17-01-2017, 14:10

/ 5 159 dəfə oxundu.
Ruhi: “Şükür ki, qızım olmadı, günlərlə depressiyaya düşərdim”

Biznes-ledi Ruhinin “Cümhuriyət” qəzetinə müsahibəsini təqdim edirik.

“Haqqımda iyrənc şeylər yazırlar”

-Haqqınızda yazılan yazılara çox vaxt münasibət bildirmirsiniz və gündəmdə çox az hallarda görünürsünüz.

-Hərdən elə şeylər yazırlar ki, biganə yanaşa bilmirəm. İyrənc formada şeylər yazırlar. Bu yaxınlarda rəhmətlik İlhamə Quliyeva haqqında bir yazı yazmışdılar. Bu yazı mənə toxundu təbii ki, mən də o yazıya cavab verdim. Heç kəsin, kiminsə kürsüsündə gözü yoxdur. Hərənin özünün turduğu kürsü özünə bəsdi. Mənim həyatımda var-dövlət önəmli deyil, birinci olaraq həyatımda önəm verdiyim məqam insanlıqdır. Puldu, var-dövlətdi gəldi-gedərdi, amma insanlıq heç vaxt getmir. Bir mahnı da var e, deyir ki, şahlara, sultanlara qalmayan dünya heç birimizə qalmayacaq. Mən artıq həyatımdan 4 ildir ki, neqativ insanları silmişəm. Mən iki uşaq anasıyam, iki oğul böyüdürəm. Mən istəmirəm ki, mənfi yüklənim, neqativ insanlardan minus enerji alım və övladlarımı o əhval-ruhiyyədə böyüdüm. Sən əsəbi, aqressiyalı olanda övladlarını da belə böyütmək məcburiyyətində olacaqsan. Mən bu gün övladlarım üçün yaşayıram, onlar üçün də əlimdən gələn hər şeyi etməyə hazıram.

“Qız böyütmək çətindir”

-İki oğul anasısınız. Nə vaxtsa qız anası olmaq istəyərdinizmi?

-Xeyr, heç vaxt qız anası olmaq istəməmişəm. Bu Allahın qismətidir. Allahım məni bir neçə il ana olmaq istəyindən məhrum etsə də sonunda mənə istədiyim kimi iki oğul bəxş elədi. Allahın mənə verdiyi mükafat idi. Qadın olanlar bilir, qız böyütmək çətindir. Mənim qız övladım olsaydı, bəlkə də depressiyaya düşərdim. Onu böyütmək, ona tərbiyə vermək, onun gələcəyini düşünmək... Amma onu deyim ki, oğlanı da saxalamaq, böyütmək çox çətindir. Qız niyə daha çətindir, mən sizə deyim. Qız zərifdir, oğlan möhkəmdir. Amma qız mənim yanımda kövrəlsə, ağlasa, mənim içim parça-parça olar. Şükürlər olsun ki, mənim qızım olmadı. Amma buna baxmayaraq Çinarə qızım var, bacılarımın, qardaşımın qızları elə mənim öz övladım kimi əzizdir mənə.

-Özünüzə qarşı tələbkar olduğunuz açıq-aşkar görünür. Ətrafınızda olan qızlara qarşı da tələbkarsınızmı?

-Bacımın qızı Çinarəni gətirsəydim, bu suala o cavab verərdi. Əlbəttə ki, hər şeyin qaydasında olmsı üçün çox tələbkaram. Çünki onlar gələcəyin analarıdır. Ona görə də mən deyirəm ki, qız övladı böyütmək çətindir. Mən burdan qız analarına səslənirəm, əhsən sizə, alqışlayıram sizi. Biz bu gün müəyyən yaşa gəlib çatmışıq. Amma indiki ağlımızla düşünürük ki, kaş o vaxt bunu belə edəydim. Peşmançılıq çəkirik. Amma indi fikir verirəm 15-16 yaşında qızlar var ki, belə şeyləri düşünmürlər. Lap 22 yaş, 25 yaşında qızlar var ki, düşünə bilmirlər. Və çıxırlar həmin qızları təhqir edirlər. Bəlkə heç o qızların yanında onlara başa salacaq bir adam yoxdur? Onlara doğru yolu göstərmək lazımdır. Onları dinləmək lazımdır, problemlərini eşitmək lazımdır. Amma biz o dəqiqə başlayırıq baltalamağa. Bizdə də elə bir xasiyyət var ki, bir nəfər bir mənfi söz dedisə, mənfi söz yazdısa ancaq onun ardınca gedirik. Əslində qızlara dəstək olmaq lazımdır. Mən özüm də gücüm-imkanım nəyə çatırsa, maddi, mənəvi, psixoloji cəhətdən əlimdən nə gəlirsə, xanımlarımıza kömək edirəm. Onların hər zaman yanındayam.

“Televiziyaya qayıtmağa oğlanlarım qoymur”

-Televiziyaya qayıtmaq fikriniz varmı?

-Xeyr, oğlanlarım icazə vermir artıq (gülür).

-Çox nadir hallarda sizi belə tədbirlərdə, qala gecələrində görürük. Bunun səbəbi nədir?

-İnandırım sizi ki, oğlum məni evdə görməyəndə dünyanı dağıdır. Onların idmanı, dərsi, tərbiyələri ilə məşğul olmaq lazımdır. Düzdür, evdə dayə var, amma mənim özüm də nəzarət etməliyəm övladlarıma. Artıq evə gec getmək olmaz, düzdür bu gün bir az gec gedəcəm. İşim olmayanda mən saat 6-da evdə oluram. Şam yeməyi, dərsləri, yatmaqları ilə özüm məşğul oluram. Əgər övladlarımın qayğılarını çəkməsəm, daha mən nə ana olaram ki?

“Ən çox “Bozbash Pictures”ə baxıram

-Ruhi xanım yerli filmləri izləyirmi? Bəyəndiyiniz yerli film varmı?

- Etiraf edim ki, yerli filmlərin çox az izləyirəm. Telekanalların birində “Vicdan haqqı” serialı yayımlanırdı, çox tərifləyirdilər. Cəmi iki seriyasına baxdım. Məni çəkmədi bu serial. Ən çox “Bozbaş”-a baxıram. O məzəli uşaqlar bizi çox güldürürlər. Bir-iki türk filmi var ki baxıram onlara. İndi də bu filmi çox təriflədilər gəldim bu filmə baxmağa. Ümidvaram ki, maraqlı film olar.

-İqtisadi böhran işinizə necə təsir göstərdi?

-Təbii ki, bu böhran bizim işimizə də təsirsiz ötüşmədi. Amma şükürlər olsun ki, işçilərim maaşlarını vaxtlı-vaxtında ala bildilər. Təxminən 10-a yaxın işçim var, onların maaşlarını vaxtında verirəm.

-Gecəyə mühafizəçilərlə qatıldınız. Nədən ehtiyat edirsiniz?

- Xeyr, onlar mənim mühafizəçilərim deyil. Mən heç nədən ehtiyat eləmirəm. Qoy o xanımlar ehtiyat eləsin ki, varı-dövləti başından aşıb-daşır. Mən orta səviyyədə olan bir insanam. Mənim qorxacaq bir yerim yoxdur. Biz elə bir ölkədə yaşayırıq ki, bizim mühafizəçiyə ehtiyacımız yoxdur. Hara baxsaq, polis, asayiş keşikçiləri. Allah canlarını sağ eləsin. Yanımdakıların biri sürücümdür, digəri isə ailə adamıdır.

Şərhlər

XƏBƏR LENTİ