SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Elnur İsmayılov : Cənab Prezident Qorxmaz və Faiq Hüseynov qardaşları məni ölüm həddinə çatdırıb

Elnur İsmayılov : Cənab Prezident Qorxmaz və Faiq Hüseynov qardaşları məni ölüm həddinə çatdırıb

Tarix:

20-03-2018, 15:05

/ 3 494 dəfə oxundu.
Elnur İsmayılov : Cənab Prezident Qorxmaz və Faiq Hüseynov qardaşları məni ölüm həddinə çatdırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev cənablarına
Surəti: Azərbaycan Respublikasının Birinci Vitse - Prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Baş Prokroru Zakir Qaralova
Surəti: Dövlət Təhlükəsizlik Xidmətinin Rəisi Mədət Quliyevə
Azərbaycan Respublikası vətəndaşı, Füzuli rayonu Böyük Bəhmənli kəndində daimi pasport qeydiyyatında olmaqla yaşayan İsmayılov Elnur Mənsur oğlu tərəfindən

ŞİKAYƏT
Hörmətli Prezident!

Sizə 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində uğurlar arzulayıram.
İnanıram ki, xalqımız Sizə laiqli Prezident kimi səs verəcək.
Sizə müraciətim və şikayətim ARDNŞ-nin GGİ-nin rəis müavini işləmiş, hazırda ARDNŞ-nin Qazma İşləri T`restinin rəis müavini AZƏRSU ASC-nin sədri Qorxmaz Hüseynov və qardaşı Faiq Hüseynovdandır. Faiq Hüseynovun idarəçiliyi nəticəsində idarədə baş verən qanunsuzluqlar, 20.000000 AZN-dən çox korrupsiya faktları Bakı şəhərində Əkbər Nəsirovun və Şamil Abdullayevin adına sənədləşdirilmiş dəyəri milyonlarla ölçülən mülklərin araşdırılmamasındandır. Bu işlərlə bağlə 200-dən çox müraciət adiəti orqanlara ünvanlasamda heç bir cinayət işi açılmamışdır.
Azərbaycan Respublikasının Qanunlarını Faiq Hüseynovdan çox-çox aşağı sayan Prokrorluq Orqanları isin araşdırılması üçün heç bir addım atmamışdır.
Prezident Admistrasiyasının, Milli Məclisə, Baş Prokrorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə davamlı olaraq 200-dən çox müraciət göndərmişəm. Çox təəssüf keçirərək bildirirəm ki, mürəciətlərimə pərdə arxası baxırlar. Şikayətlərimi ARDNŞ-yə yönəldirlər, ARDNŞ-də də şikayətlərə ədalətli baxmırlar və mənə aldadıcı cavablar verirlər.
Sizin ölkəmizdə yürütdüyünüz Ali, şəffaf siyasi kursunuza ləkə gətirən, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinə kölgə salan Qorxmaz Hüseynov və qardaşı Faiq Hüseynov Türkiyə Cümhuriyyətində “Nurçu və Fətoçu” kimi tanınırlar.Qız övladının toyunda Hakan Çavuş və bir neçə fəal Nurçu və Fətoçunu ailəvi əziz qonağı kimi süfrəsinin başında əyləşdirmişdir. Kütləvi informasiya vasitələrindən də məlumdur ki, Hüseynov qardaşları Sizin ölkəmizin iqtisadiyyatına diqqət və qayğınıza baxmayaraq Fətoçularla Türkiyyə Cümhuriyyətində spirt zavodu istifadəyə verib, hocası terroris başı Fətulla Gülənə Bakı şəhərində bağ hədiyyə etmişdir.
GGİ-nin keçmiş rəisi Vaqif Abdullayevi Azərbaycandakı Nurçuların bir hissəsini İmamı kimi qəbul edən Qorxmaz Hüseynov qardaşının çirkli, korrupsioner, özbaşına, Dövlət əmlakını talama kimi əməllərini gizlətdiyinə görə Vaqif Abdullayevə və qaynı Fərhad Heydərova vəzifə vermişdir. Belə ki, Vaqif Abdullayev GGİ-dən təqaüdə göndərildikdən sonra AZƏRSU ASC-nin idarələrindən birində Qorxmaz Hüseynov tərəfindən rəis müavini təyin edilmişdir.
Günlərinin çoxunu xarici ölkələrdə kef və əyyaşlıq ilə keçirən Faiq Hüseynov ölkəmizdə toxunulmaz olduğunu söyləyir.Bu toxunulmazdıq ona dəyəri milyonlarla ölçülən bir neçə obyektinin qarşılığında ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev tərəfindən verilib.Abşeron rayonu Saray qəsəbəsindən başlayaraq Pirallahı rayonuna qədər ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevə onlarla mülklər peşkeş etdiyini bildirir.
Bütün bunları Azərbaycan vətəndaşı olaraq Sizə bildirməyimin səbəbi 11.04.2014-cü ildən işsiz qalmağım, əmək kitabçamın əslinin idarə tərəfindən mənə qaytarılmaması, ailə vəziyyətimin çətin olması iki azyaşlı uşağımın birinin anadangəlmə qüsurlu olmasıdır.
Məni hər tərəfdən çıxılmaz duruma salan Faiq Hüseynov və qardaşı Qorxmaz Hüseynov bu günə qədər Sizə ünvanladığım 200-dən çox müraciətin çatmasının əngəlləyiblər.Bu üzdən sizə tez-tez müraciət etmək məcburiyyətində qalmışam.
Sonda qeyd edim ki, dəfələrlə iş verilməsi üçün çağırılsamda bir dəfədə olsun iş təklifi almamışam.
Gah mənə Sizə olan şikayətlərimi dayandırmaq üçün 10.000AZN pul təklif edilib, gah da Faiq Hüseynovun hədə-qorxuları ilə üz-üzə qalmışam.
Odur ki, ilk müraciətimi Sizə təqdim edib, iştirakımla araşdirilma aparılması üçün göstəriş verməyinizi xahiş edirəm.
Mən əslən Fizuli rayonundanam. Erməni təcəvüzkarlarının torpaqlarımızı qəsb etməsi nəticəsində məcburi köçkün həyat yaşamaq məcburiyyətində qalmışıq. Ali təhsilliyəm. 2005-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasmın "Nəqliyyatda Daşınmaların və idarəetmənin təşkili" fakultəsini bitirmişəm. Silahlı Qüvvələr sıralarında həqiqi hərbi xidmətimi başa vurduqdan sonra, 28.08.2006-cı ildən, 18.07.2007-ci ilədək ixtisaslaşdıırıimış Dəniz Neft Donanma idarəsinin Zığ yük rayonunda mühəndis dispetçer, 18.04.2007-ci ildən 17.09.2007-ci ilədək bu idarədə mühəndis, 24.09.2007-ci ildən 05.01.2009-cu ilədək ARDNŞ-nin Geofızika və Geologiya İdarəsinin "Kəşfiyyat Geofızika" idarəsində donanma üzrə rəis müavini, 05.01.2009-cu ildən 01.01.2010-cu ilədək ilə həmin idarədə Təchizat və Nəqliyyat üzrə rəis müavini, 01.01.2010-cu ildən 11.03.2014-cü ilədək isə bu idarənin rəis müavini vəzifələrində işləmişəm. 11.03.2014-cü ildə bu idarənin rəis müavini işləsədə sözün əsl mənasında idarəyə sahiblik edən orada işləyən bütün işçilərdə qəba rəftar edib, onları söyüş və təhqirlərlə alçaltmaqdan həzz alan, özünü ailənin yaxın adamı elan edib, qardaşı "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovun vəzifə mövqeyindən sui-istifadə edən Faiq Hüseynovun qəzəbinə tuş gəlib işdən çıxarıldım. Buna səbəb isə Faiq Hüseynovun çirkli, korrupsioner, dövlət əmlakını talamaq kimi əməllərinə göz yummamağım olmuşdur.
Belə ki, Faiq Hüseynov Kəşfıyyat Geofızika İdarəsinin Elmi-Tədqiqat Gəmiləri, XDNDİ-nə təhvil verilən zaman gəmilərin komplektinə daxil olan bir ədəd geofızik qayığı izini itirmək üçün Hövsan qəsəbəsindəki bağ evində rənglətdirmiş, öz adına özəlləşdirib, oğlunun şərəfinə "İlyas" adı altında sənədləşdirmişdir. Bundan başqa 1 N-li Dəniz Seysmik Ekspedisiyası üçün alınmış, dəyəri 1 milyon manatdan çox olan ARAM ARİES seysmik stansiyası təzə adı altında alınsada, idarəyə işlənmiş seysmostansiya gəlmişdir. Avadanlıqların ehtiyat hissələrinin adları ingilis dilindən tərcümə edilərkən bilərəkdən düzgün tərcümə edilməyərək, müəyyən dövrlər üçün eyni avadanlıqlar böyük fərqli qiymətlərlə mədaxil edilmişdir. Məsələn: ARAM ARİES Ram yaddaş qurğusu 2010-cu ilin iyulunda bir ədədi 9432 (doqquz min dörd yüz otuz iki) manata alındığı halda, 2011-ci ilin noyabrında eyni predmeti 19.350 (on doqquz min üç yüz əlli) manata alınmışdır.?! Bu ehtiyyat hissələri sifariş verilməmişdən əvvəl Faiq Hüseynov, övladının kirvəsi Şamil Abdullayev, KGİ-nin rəisi Namaz Yusubovun otağına dəfələrlə gələrək onuda bu avadanlıqlar üçün sifariş verməyə "razı salmağa" çalışmışlar və sonda buna nail olmuşlar. Həmin avadanlıqlar alındıqdan sonra Faiq Hüseynovla Namaz Yusubovun "xüsusi yaxınlığı" başalamışdır. Avadanlıqların alınması həmişə məhz Şamil Abdullayevin iştirakı və şəxsən onun tərəfindən həyata keçirilir.
İdarənin emal və interpitasiya sahəsi üçün müxtəlif dövrlərdə, müxtəlif qiymətlərə proqram təminatları alınmışdır. Həmin proqram təminatlarının heç biri original olmayıb, heç birinin açarları yoxdur. Bu barədə tərəfımdən idarənin rəisi Vaqif Abdullayevə dəfələrlə məlumat verilsədə çatışmamazlıqların aradan qaldırılması üçün konkret heç bir addım atılmamışdır. Ümumiyyətlə isə bu işlərə idarədə Saşa adlı bir nəfər nəzarət edir.
Digər bir fakt, KGİ-si üçün alınmış dəyəri 300.000 "üç yüz min" manatdan çox olan "marşfonlar üçün kabel"lərin təyinatı bilinmədiyi və istehsalat işləri üçün yararsız olduğu məlum olmuşdur. Həmin kabellər bir neçə il mərkəzi anbarda saxlanılmış, sonradan sahənin balansına veriimişdir. Istifadəyə yararsız olan bu kabellərə illərdir ki, amortizasiya xərci hesablanır. Amortizasiya xərci hesablanan başqa bir yararsız qurğu "Kompressor Explo 110 MPR" qazma qurğusudur. Bu qurğu "Acıvəli" sahəsində yoxlanarkən KGİ-nin görəcəyi iş üçün yararsız olduğu aşkarlanmamışdır. Bu barədə mütəxəssislər tərəfındən yerində akt tərtib edilib rəsmiləşdirilsədə, həmin qurğuda yararsız ola-ola sahəyə yazılmış və buna kimi bu qurğuya da amortizasiya xərci hesablanır.
17.08.2011-ci ildə GGİ-nin KGİ-nə daxil olmuş 326 N-li daxili qaimə ilə sənədləşdirilmiş "Proqress T-3" seysmostansiyasının ehtiyyat hissələrinin ilkin qiymətlərini göstərən zavod qaiməsi təsadüfən mənim əlimə keçmişdi. Ehtiyyat hissələrinin idarə üçün alqı-satqısını həyata keçirən Şamil Abdullayevin göstərdiyi qiymətlərlə zavod qaiməsindəki qiymətlər arasındakı fərq dəfələrlə yüksək idi. Faiq Hüseynov məndən tələb edirdi ki, mən Şamil Abdullayevə Xəzərdəniz Neft Donanması İdarəsi tərəfındən keçirilən tenderin udulmasında ona yardımçı olum. Bu tenderdə 3 ədəd "ARİYA" tipli qayıq alınmalı idi. Mən bundan imtina etdikdən sonra bildim ki, qayıqlar Türkiyə Cümhuriyyətinin Tuzla şəhərində düzəldilib, hər birinin mühərriksiz qiyməti 164.000 manat, mühərrəklərin qiyməti isə 20-21 min avro dəyərində olub, bir qayıq üçün iki ədəd mühərrik nəzərdə tutulmuşdur.
İdarə tərəfindən xarici şirkətlərlə müqavilələr bağlanır. Çox vaxt bu müqavilələrin şərtləri kobudcasına pozulur. Müqavilələrdə 120 nəfər işçinin gəlməsi nəzərdə tutulduğu halda 70-75 nəfər işçi gəlirdi. Müqavilələr işçilərə təqdim olunmur. Bu barədə GGİ-nin rəhbərliyinə tərəfımdən məlumat verilsədə bir nəticə hasil olmadı. Idarənin özünün ağır tonnajlı nəqliyyat vasitələri olduğu halda, qaldırıcı kranlar və daymanlar əksər hallarda, "İLKİN-N" MMC-dən icarəyə götürülür?! Bu texnikalarda məsul şəxslərin məlumatı olmadan sifariş verilir və şəxsi istifadə üçün qeyri-məlum yerlərə göndərilir. Bu barədə də tərəfımizdən dəfələrlə GGİ-nin rəhbərliyinə məlumatlar verilmişdir.
Hövsan sahəsində işləyən Rusiya Federasiyasına məxsus "Vasiliç" gəmisi Bakı limanına gələn vaxt Rus şirkəti tərəfındən gətirilmişdi. Qaytarılma işidə bu şirkətin öhdəsində olduğu halda iş başa çatdıqdan sonra həmin gəmi XDNDİ-nin "İrgiz" yedək gəmisi vasitəsilə aparılmışdır. Bunun üçün GGİ-nin XDNDİ-nin büdcəsinədn 100.000 (yüz min) manatdan çox vəsait ödənildi. Bu halda da dəfələrlə müqaviləni tələb etsəmdə müqavilənin nə əsli, nə nüsxəsi, nədə surəti mənə təqdim edilmədi. Halbuki, vəzifə səlahiyyətlərinə görə bu müqavilələri tələb etmək hüququm var idi.
İstifadəyə yararsız olan əmlakı anbarlarda saxlayıb, onlara amartizasiya xərcləri hesablandığı halda, idarənin balansında olan işlək avadanlıqlar və xüsusəndə kabellər yararsız adı altında silinərək yenisi alınır. Konkret fakt kimi göstərə bilərəm ki, Neftçala rayonunun Qaramanlı kəndində işləyərkən 100 (yüz) ədəd işlək vəziyyətdə olan seysmik kabel yararsız adı altında silinmişdir. Məndə olan dəqiq məlumatlara görə 2011-2012-2013-cü illərdə Mədən geofızika idarəsi üçün alınmış cihazların çoxu, Faiq Hüseynovun Bakı şəhərində Nargilə kafesinin yaxınlığında yerləşən sexində yığılır. Bu sexi və bundan başqa bir neçə böyük obyektlərini Faiq Hüseynov şəxsən özü mənə göstərmişdi.
İdarənin Nəqliyyat Sexindən QAZ-66 avtomobillərinin köşkləri (butekları) Faiq Hüsenovun sərəncamına əsasən onun üçün aparılan şəxsi tikinti obyektlərində tikinti sahəsinin mühafizəçiləri üçün gözətçi köşkü kimi istifadə edilmişdir. İdarədə aparılan ixtisarlar zamanı Faiq Hüseynovun adamları xüsusi "imunitet" qazanırlar. Bu gün idarədəki işçilərin 80-90 faizi Faiq Hüseynova sözsüz tabe olan şəxslərdir. Faiq Hüseynov geofıziki materialların satışına da şəxsən özü nəzarət edir. Işlədiyim dövrdə dəfələrlə geofıziklərin bu haqda danışdıqlarının şahidi olmuşam. Həmdə nə qədər qəribə olsada dəyərindən dəfələrlə ucuz qiymətə satılır?! Faiq Hüseynovun GGİ-i şəxsi mülki kimi istifadə etməsini təsdiq edən faktlardan biri də idarədəki bütün yük və özüboşaldan avtomobillərə onun yaxın və uzaq qohumlarının sürücü olaraq işə qəbul edilməsidir. Bunu da o məqsədlə edir ki, bu maşınların şəxsi istifadəsi zamanı problem yaranmasın.
Müraciətimin əvvəlində qeyd etdiyim kimi mən məcburi köçkünəm. Evliyəm. Öhdəmdə iki azyaşlı uşağım var. Uşağımın biri anadangəlmə ürək qüsurludur. Özüm ali təhsilli mütəxəssisəm. Həyat yoldaşım işləmir, lakin bütün bunların heç biri Faiq Hüseynovu narahat etməmişdir. Bütün bunlar azmış kimi Faiq Hüseynov dəfələrlə həm üzbə surət, həm də kənar şəxslər vasitəsilə məni ölümlə hədələyərək susmağımı tələb etmişdir. Lakin məni öz cinayətkar əməllərinə cəlb edə bilməyəcəyini anlayan Faiq Hüseynov sonda məni ölüm təhdidləri ilə susmağa vadar etməyə çalışır!
Müraciətimdə göstərdiklərim Faiq Hüseynovun mən bildiyim, yadımda qalan cinayət əməllərindən yalnız cüzi bir hissəsidir. Bu idarədə araşdırmalar aparılacağı təqdirdə hələ çox qanun pozuntuları aşkarlanacaqdır. Odur ki, göstərdiklərimi nəzərə alaraq ARDNŞ-nin Geofızika və Geologiya İdarəsinin "Kəşfıyyat geofızika" idarəsində araşdırmalar aparılmasına köməklik etməyinizi xahiş edirəm.

Hörmətlə: İsmayılov E.M

Tarix: 27.03.2018

Əlaqə telefonu: 055 712-11-12

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ