SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “Prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır”

“Prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır”

Tarix:

19-03-2018, 14:29

/ 1 338 dəfə oxundu.
“Prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır”

“Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır”

Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Respublikası Prezident seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilmiş seminar-müşavirədə deyib.

O qeyd edib ki, hazırda 15 qəzetin, 10 agentliyin monitorinqi aparılmaqdadır.

Ə.Amaşovun sözlərinə görə, monitorinqlər zamanı namizədlərlə bağlı materialların nə dərəcədə peşəkarlıqla hazırlanması araşdırılacaq.

Ə.Amaşov bildirib ki, əvvəlki seçkilərdə olduğu kimiŞ aprelin 11-i prezident seçkiləri günündə də Mətbuat Şurasının telefonları "qaynar xətt" kimi fəaliyyət göstərəcək. Onun sözlərinə görə, hər hansı bir məsələ ortaya çıxdığı halda Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlanılacaq və məsələ aydınlaşdırılacaq.

Şərhlər

XƏBƏR LENTİ