SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Xaləddin İsgəndərov işdən azad edilib?

Xaləddin İsgəndərov işdən azad edilib?

Tarix:

19-03-2018, 14:28

/ 1 945 dəfə oxundu.
Xaləddin İsgəndərov işdən azad edilib?

İcra başçısının vəzifəsindən uzaqlaşdırıldığı bildirilir
Minval.info-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə Binəqədi rayonu İcra Hakimiyyətinin rəhbəri Xaləddin İsgəndərov işdən azad edilib. Prezident seçkilərindən sonra bu barədə ictimaiyyətə açıqlama veriləcəyi gözlənilir.

Xaləddin İsgəndərov haqqında yerli mediada dəfələrlə yazılar dərc edilib. Onun nəzarəti altında olan Binəqədi rayonunda yaşıllıqların məhv edilməsi, yerində də binaların tikilməsi adi hal alıb. Buna görə də, dəfələrlə Binəqədi sakinləri etiraz edib, ölkə rəhbərliyinə müraciət ünvanlayıblar.

Xatırladaq ki, vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edildikdən sonra ona yaxın adamlar və bir neçə qohumu işdən uzaqlaşdırıldı. Həmçinin deyilirdi ki, Xaləddin İsgəndərov da başçı vəzifəsindən kənarlaşdırılacaq.

Şərhlər

XƏBƏR LENTİ