SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “Nazik cizgini peşəkarlıqla müəyyən etməlisiz”

“Nazik cizgini peşəkarlıqla müəyyən etməlisiz”

Tarix:

19-03-2018, 14:27

/ 1 227 dəfə oxundu.
“Nazik cizgini peşəkarlıqla müəyyən etməlisiz”

"Burada hər şey bəllidir. Ona görə sizə yeni nələrsə deməyəcəyik. Qarşıdan gələn 11 aprel seçkiləri ilə bağlı həyata keçirilən bu proseslər kütləvi informasiya vasitələrinin rolu, vəzifəsi məsuliyyətini bir daha Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinə çatdırmaqdan ibarətdir".

Bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Seçkilərdə KiV-in rolu" mövzusunda keçirilən müşavirədə deyib.

O qeyd edib ki, Seçki Məcəlləsində bununla bağlı dörd punkt göstərilib: "Hər bir seçki üç mərhələdən ibarətdir.Təbliğata qədərki, təbliğat dövrü və seçki prosesinin başlanması, keçirilməsi və nəticələrin elan olunması.Hər dövr üçün Seçki Məcəlləsində KİV-in rolu və vəzifəsi göstərilib. Ancaq biz Məcəllənin tələblərini təkrar-təkrar sizin diqqətinizə çatdırmaq istəyirik. Bu gündən Azərbaycan cəmiyyətində seçki ilə bağlı iki mühüm obyekt və subyekt var. Birincisi, ilk növbədə namizədlərdir. Yəni, diqqət mərkəzinə çıxan namizəddir, onun platformasıdır. Hər bir namizəd fikirlərini ilk növbədə Kütləvi İnformasiya Vasitələri ilə kütləvi şəkildə əhaliyə çatdırmalıdır. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq debatlar şəklində televiziyalarda da çıxış etrməlidir. Mərkəzi Seçki Komissiyası namizədlərin arzularını nəzərə alaraq efir vaxtını hamının baxa biləcəyi 21-23 saatlarda müəyən edib. Hesab edirəm ki, bu kifayət qədər münasib vaxtdır.

Radio debatları 19:00-da keçiriləcək. Lakin telekanallarda vaxt elə seçilib ki, hər kəs rahatlıqla televiziya qarşısında oturub debatları izləyə biləcək. Namizədlərin çıxışını əhaliyə yenə də Kütləvi İnformasiya Vasitələri çatdıracaq. Bununla yanaşı namizədlər bölgələrdə canlı görüşlər keçirəcəklər. Lakin həmin görüşlərə namizədin fəaliyyətindən asılı olaraq bir qisim insan toplamaq mümkündür. Oradakı görüşləri də cəmiyyətə Kütləvi informasiya Vasitəsi çatdıracaq. Seçkilərdə Kütləvi informasiya Vasitələrinin rolu namizədlərin rolu qədərdir. Namizədlərin əhaliyə çatdırmaq istədikləri proqram, hədəfləri onlar çadırır.

İkinci məqam, seçkilərdə Kütləvi İnformasiya Vasitələrinin rolu Seçki Məcəlləsinə uyğun tənzimlənir.

Bu işi peşəkarcasına etmək lazımdır. Öz rolunuzu icra edərkən ilk növbədə peşəkarlığınıza, daha sonra isə Seçki Məcəlləsinin tələblərinə uyğun hərəkət etməlisiniz. Hər bir namizədə bərabər imkanlar tanınmalıdır. Vahid qiymət sxeması müəyyən olunmalıdır. Sizin bu işi yerinə yetirməyinizdən asılı olaraq medianın namizədlərə necə şərait yaratması barədə mühit formalaşacaq. Gördüyünüz işin məsuliyyətini dərk etməlisiniz. Məcəllənin tələblərinin pozulmamasına çalışmalısınız. Üç-dörd mərkəzdən seçkilərdə KİV-in rolu müşahidə olunacaq və qiymətləndiriləcək. Bütün seçki müşahidə missiyaları bu barədə öz fikrini bildirəcək. Əlbəttə, namizədlərdən biri ölkə başçısıdır. Ölkə prezidentinin fəaliyyətinin işıqlandırılması ilə fəaliyyətin təbliğ olunması arasında nazik cizgini peşəkarcasına düzgün müəyyən etməlisiniz. Sizin peşəkarlığınızdan asılıdır ki, ölkə prezidentinin keçirdiyi tədbirləri ilə seçki təbliğatı qarışdırılmasın ki, müşahidə missiyasının nümayəndələri qanun, məcəllə pozuntusu tapmasınlar. Hər bir kütləvi informasiya vasitəsi həmdə kommersiya strukturudur. Odur ki, namizədlər sizə bununla bağlı müraciət edəcəklər. Biri üçün yaratdığınız şəraiti digərləri üçün də yaratmağa məcbursunuz".

Şərhlər

XƏBƏR LENTİ