SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Vüqar Səfərlinin 60 yaşı tamam oldu

Vüqar Səfərlinin 60 yaşı tamam oldu

Tarix:

19-03-2018, 12:16

/ 1 379 dəfə oxundu.
Vüqar Səfərlinin 60 yaşı tamam oldu

Bu gün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin doğum günüdür. Onun 60 yaşı tamam olur.

Vüqar Müzəffər oğlu Səfərli 1958-ci il martın 19-da Ordubad rayonunun Tivi kəndində anadan olub. 1975-ci ildə Ordubad rayonunun Tivi kənd orta məktəbini bitirib.

1975-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1981-ci ildə həmin fakültədən məzun olub.

1977-ci ilin iyul ayından sentyabr ayınadək Culfa üzümçülük sovxozunda fəhlə işləyib. 1977-ci ilin sentyabr ayında Bakı poçtamptının Qəzet-Jurnal Ekspedisiyası sexinə çeşidləyici vəzifəsinə işə qəbul olunub. 1980-cı ildə həmin sexdə elektrik mexaniki vəzifəsinə keçirilib. 1981-ci ildə Bakı poçtamptının "Oneqa" elektron maşınlarının təmir qrupuna mühəndis vəzifəsində çalışıb.

1985-ci ildə Moskva Rabitə İnstitutuna daxil olub, 1990-cı ildə həmin institutu bitirib.

06.02.2006 - 27.06.2006-cı il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kurslarını bitirib.

1989-cu ilin fevral ayında Bakı Poçt Rabitəsi İstehsalat Birliyinin "İstismar" şöbəsinə 2-ci dərəcəli mühəndis vəzifəsinə keçirilib. 1990-cı ilin iyun aynıda yeni yaradılmış "Müştərilərlə iş qrupu"na 1-ci dərəcəli mühəndis (qrupun rəhbəri) vəzifəsində işləyib.

1991-ci ilin mart ayında Qəzet Jurnal Ekspedisiyası İdarəsinə rəis vəzifəsinə təyin olunub.

1996-cı ilin noyabr ayından "Azərmətbuatyayımı" İstehsalat Birliyinin sədri təyin olunub.

Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 20.07.2007-ci il tarixli 221 saylı sərəncamına əsasən "Azərmətbuatyayımı" İstehsalat Birliyinin "Azərmətbuatyayımı" Açıq Səhmdar Cəmiyyətə çevrilməsi ilə əlaqədar olaraq Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 22.08.2007-ci il tarixli MK-60 saylı əmrinə əsasən səhmdarların I ümumi yığıncağı çağırılanadək Cəmiyyətin idarə heyətinin sədri vəzifəsinin icrası həvalə edilib.

2003-cü ildə Rabitənin 85 illiyi münasibəti ilə "Rabitə ustası", 2005-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülüb.

1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvü, hazırda YAP Nərimanov rayon təşkilatı sədrinin müavinidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktorudur.

Evlidir, iki övladı var.

Vüqar Səfərlini yubileyi münasibəti ilə təbrik edir, ona uzun, gümrah ömür, şəxsi həyatında uğurlar arzulayırıq.

Şərhlər

XƏBƏR LENTİ