SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azəriqaz" vətəndaşa necə problem yaradır... - GİLEY

"Azəriqaz" vətəndaşa necə problem yaradır... - GİLEY

Tarix:

19-03-2018, 11:39

/ 1 341 dəfə oxundu.
"Azəriqaz" vətəndaşa necə problem yaradır... - GİLEY

Azərbaycan Respublikasının Prezidenti cənab İ.ƏLİYEVƏ
Şəki rayon Baş Göynük kənd sakini Məmmədov Ülkər İsmayıl oğlu tərəfindən
TƏKARAR ƏRİZƏ

Mənim şəxsi evimizə hər təsərüfata və ailəyə görə qaz sayğacının qoyulmasıilə bağlı 7 fevral tarixli müraciətimdən dərhal sonra məni Şəki QAZ İdarəsi müdiri öz kabinetinə dəvət edib bildirdi ki, gərək şikayət etməzdən əvvəl bizə məlumat verəydin.Dedim ki. axı Sizin işçilərinizlə dəflərlə bu barədə söhbət etmiş, kənd icra nümayəndəliyindən alıb arayış da vermişdim.Kəndə qayıtdıqdan sabahı gün yenə qaz idarəsinin texniki işçiləri evimizə gəlib bildirdilər ki, bu çox çətin işdir.Hara müraciət etsəniz də qaz sayğacı qoya bilmərik.
Cənab Prezident mən Şəki Qaz İdarəsi işçilərinin hansı əsasla mənə belə cavab verməsinin səbəbini bilməsəm də onu dəqiq bilirəm ki, mən sadə kənd adamıyam. Qazancım da gündəlik çörəyə güclə yetir. Energetika nazirindən, cənab Rövnəq Abdullayevdən və Əkbər müəllimdən sayğac məsləsinə köməklik etmələri barəmdə birinci ərizəmə belə məsuliyyətsiz yanaşmalarına görə Sizə bu dəfə müraciət etmək zorunda qaldım. güman edirəm ki, Energetika nazirinin, SOCAR prezidentinin və Azəriqaz şefinin gücü çatmayan işə Sizin köməkliyiniz dəyə bilər. Xahişimiz budur ki, qoca anamla birlikdə ayrıca yaşayan qardaşım Mehrəli Məmmədova bir qaz sayğacı, mənim də ayrı yaşayan ailəmə ayrıca qaz sayğacının quraşdırılmasına köməklik göstərəsiniz.
QEYD: Artıq 2 aydır ki, sayğacla bağlı yuxarı orqanlara müraciətlər etsəm də Şəki Qaz İstismar İdarəsi "Dədədmi də öldürsən qaz sayğacı quraşdıran deyiləm deyib durur. Heç kimi də vecinə almır. Belə vicdansız yanaşmadan heç xoşum gəlmir. Bizim tərəfdə ata-babalarımız həmişə deyərdi ki, pulu kişi kimi qazanarlar. Amma görünür, qaz məmurları pullarını almayınca bizə qaz sayğacı qoyan deyillər. çox təəssüf edirəm. Və haram olsun deyirəm axırıncı yolnan pul qazanıb ailə dolandıran ünsürlərə.

İMZA: Ülkər Məmmədov. ( mob. 051 385 87 74, 051-832 25 71) Şəx vəsiqəm AZE 13256573)

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ