SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncədə vətəndaşların qəbulu zamanı söyüş bazarı - Elmar Vəliyev açıb ağzını yumub gözünü...

Gəncədə vətəndaşların qəbulu zamanı söyüş bazarı - Elmar Vəliyev açıb ağzını yumub gözünü...

Tarix:

17-03-2018, 14:13

/ 9 814 dəfə oxundu.
Gəncədə vətəndaşların qəbulu zamanı söyüş bazarı - Elmar Vəliyev açıb ağzını yumub gözünü...

14 mart 2018-ci ildə Yeni Azərbaycan Partiyasının binasında Gəncə şəhərinin diktatoru Elmar Vəliyev sakinləri qəbul edərkən şəhər ictimaiyyəti qarşısında müxtəlif vəzifə sahiblərini və müraciət edənləri təhqir etdi. Təhqir sadəcə, hansısa termin xarakterli sözlərdən yox, sadə xalq dilində, milli folklorumuzdakı sözlərdən ibarət oldu. Bunu heç kəs inkar edə bilməz ki, Elmar Vəliyev ağızdan “çox yaxşıdır”. Bunu şəhər əhalisi çox gözəl bilir.Elmar Vəliyev Gəncə şəhər icra hakimiyyəti başçısının kommunal məsələlər üzrə müavini Mikyıl Zeynalovu ictimaiyyət qarşısında çox pis söydü. Küçə söyüşləri ilə təhqir etdi. Zalda qadın, ağsaqqal, cavan olmasının fərqinə varmadan Elmar Vəliyev Mikayıl Zeynalovu söyüşlə zaldan qovdu. Alçaq, oğraş, gədə və lap pis söyüşlər işlətməklə yanaşı, dedi ki, acından ölürdün,sənə vəzifə verdim. indi şişibsən, Çıx .......çölə.
Qaz pulu ilə bağlı bir nəfər şəhər sakini müraciət edərək limitə düşdüyünü deyəndə,Elmar Vəliyev qaz idarəsinin müdirini ayağa qaldırıb olmazın söyüşlərlə təhqir etdi. Müdir izah etmək istədi ki, cənab başçı,vətəndaş qaz pulu üzrə qoyulan limiti keçib. Ona görə də limitə düşüb. E.Vəliyev qışqıraraq dedi: Əclaf , sən salıbsan onu limitə. Müdir bildirdi ki,cənab başçı , mən yox, ölkə başçısı İlham Əliyevin fərmanı ilə bu limit yaranıb.Elmar Vəliyev yenidən başladı qışqırmağa," get poxunu ye petux, sən pox yeyirsən ata ananla. Səni limitə elə salaram ki, özündə bilməzsən". Sonra başçı üzünü Gəncə şəhər prokuroruna tutub dedi:" bunu tutun".Prokuror bildirdi ki,mən onu hansı əsasla tutum. Mən onu tuta bilmərəm. Sonra Elmar Vəliyev yenidən qışqıraraq bildirdi ki, kül sənin başına. Sonra Gəncə şəhər polis idarəinin rəisi Faiq Şabanova müraciətlə bildirdi ki, bunu aparın içəri salın ağılı başına gəlsin. Qaz idarəsinin müdiri ilə əlaqədar nazirlikdən kimsə E.Vəliyevə zəng etdi.Elmar Vəliyev yenidən qışqıraraq bildirdi ki, sən kimsən get işinlə məşğul ol.
Sonra üzünü Gəncə şəhər polis idarəinin rəisi Faiq Şabanova tutub dedi ki, bu Gədəbəy, Daşkəsən rayonlarından olanları yüz dəfə demişəm ki, Gəncəyə propiska etməyin. Qoy getsin dağlarda qoyunlarını otarsın. Nə var şəhərdə? Gəlirlər axışırlar şəhərə.Sontra da məndən torpaq istəyirlər . Bu zaman yerdən bir nəfər Gədəbəyli sakin ayağa qalxaraq dedi ki,Elmar müəllim o rayonların insanları bu respublikanın vətəndaşları deyilmi? Harada istəsələr orada da yaşaya bilərlər.Sən kimsən ki,vətəndaşlar arasında ayrı-seçkilik yaradırsan?
Bundan sonra başçı özünü cilovlayıb dedi ki, mən elə demədim,yəni deyirəm ki, nə var buralarda təmiz dağ havası, gözəl təbiət get yaşa da özün üçün o dağlarda.
Sonra bir nəfər vəzifəli şəxsə dedi:Sən kommunalın işçilərinin hərəsinə 150-200 manat pul verməlisən.Nə baxırsan? Get ver,canın çıxmaz.
Göründüyü kimi açıq aşkar çəkinmədən kimlərəsə haqq qoyur.
Ön sıralarda oturan müavini Sevda Qurbanəliyevaya müraciətlə dedi:Nə baxırsan?Sən də pul istəyirsən?Narahat olma, Sənin pulunu gecə özüm verəcəm.
Daha sonra bildirdi ki,şəhərin yiyəsi mənəm.Gəncədə elə kişi varmı ki, mənim dediyimin əksinə gedə.Kişi varsa,əlimi qoyuram bura, gəlsin əlini əlimin üstünə qoysun.
İclas prosesi zamanı rəhbərə yaraşmayan söyüşlər nalayiq hərəkətlər sona qədər davam etdi. Məgər ölkə rəhbəri İlham Əliyev deməyibmi ki, məmurlar özlərini xalqa əxlaqlı, mədəni göstərməli, onlarla etik normalar çərçivəsində münasibət qurmalıdır. Heç kimin haqqı yoxdur ki,kimi isə təhqir etsin.
Sual vermək lazımdır ki, Elmar Vəliyev sən kimsən ki, insanlarla belə rəftar edirsən. Narkotikdən vurub gəlib iclasda insanlarla türklər demişkən alay edirsən, insanları məsxərəyə qoyursan. Kim bu səlahiyyəti verib ona.Sənə kim bu səlahiyyəti verib ki, Gədəbəy və Daşkəsən camaatına qarşı nalayiq hərəkət edirsən. Sən bilirsənmi ki, sənin ata -baba yurdun Göyçə olduğu halda, torpağınızı erməniyə təhvil verib gəlib burda hansısa yollarla vəzifəyə minibsən. Sən özün özlüyündə kimsən axı?

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ