SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Zərdab sakinləri bələdiyyə sədrinin əlində qalıblar -ŞİKAYƏT

Zərdab sakinləri bələdiyyə sədrinin əlində qalıblar -ŞİKAYƏT

Tarix:

23-02-2018, 09:57

/ 1 896 dəfə oxundu.
Zərdab sakinləri bələdiyyə sədrinin əlində qalıblar -ŞİKAYƏT

Zərdab rayon Çallı kənd sakinləri prezident İlham Əliyevə və 1-ci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıblar. Bir nüsxəsi də xalqxeber.az-a daxil olan müraciətdə deyilir:

"Hörmətli Prezident! Hörmətli Mehriban xanım!
Bu şikayət ərizəmizdə yazıb sizə bildiririk ki, Zərdab rayon Çallı bələdiyyəsinin sədri Rafiq Umudov vəzifəsinin icrasını ya bilmir yada bilirsə qəsdən qanunsuzluğa yol verir ki, nəticədəd də dövlətə, kənd sakinlərinə küllü miqdarda ziyanlar dəyir. Belə ki, Zərdab rayonu Çallı bələdiyyəsinə məxsus olan 186 hektar torpaq sahəsi Çallı bələdiyyəsi tərəfindən Çallı bələdiyyəsinin keçmiş sədri Əzizov Əyyub Fəzli oğluna, onun oğlanları Babək və Çingizə uzun müddətli icarəyə verilsədə onlar tərəfindən indiyə qədər heç bir icarə haqqı ödənilməmişdir.Həmin bələdiyyə torpağının 50 hektarı Əzizov Əyyub Fəzli oğluna, 86 hektarı Əzizov Babək Əyyub oğluna və 50 hektarı isə Əzizov Çingiz Əyyub oğluna təxminən 15 il əvvəl uzun müddətli icarəyə verilmidir. Əyyub Əzizov və onun oğlanları 186 hektar torpağdan istifadəyə görə Çallı bələdiyyəsinin büdcəsinə indiyə qədər icarə haqqı ödəməsələrdə Çallı bələdiyyəsinin sədri Rafiq Umudov bu barədə heç bir qanunu tədbir görmək istəmir.Hansı ki, qanuna əsasən icarə müqaviləsinin şərtlərinə görə bələdiyyə ilə vətəndaş arasında bağlanmış icarə müqaviləsinin öhdəliyi icarəçi tərəfindən pozulduqda həmin müqavilə icarəverən tərəfindən dərhal ləğv edilməlidir.
Ancaq Çallı bələdiyyəsinin sədri Rafiq Umudov heç bir qanunu tədbir görmək istəmir. Çünki onun bu qanunsuzluqda birbaşa marağı var.Qeyd edim ki, 186 hektar torpaq sahəsini Çallı bələdiyyəsindən icarəyə götürüb icarə haqqı ödəməyən Əzizovlar ailəsi həmin torpağı başqasına üçüncü şəxsə icarəyə verib pul alırlar. Çallı bələdiyyəsinin torpağının bir hektarının illik icarə haqqı 20 manat edir ki, bu hesabla 15 il müddətində 186 hektar torpaq sahəsinin icarə haqqı küllü miqdarda pul edir.Ancaq Əzizovlar ailəsi 186 hektar torpaq sahəsinin icarəsinə görə Çallı bələdiyyəsinə indiyə icarə haqqı ödəməmişdilər.Hansı ki, bu pulla Çallı kəndində bir çox abadlıq və digər işlər görmək olardı.Çalllı kəndinin yolu çox bərbad bir gündədir ki, bu pulla həmin yolu düzəltmək olardı.
Qeyd edək ki, Əzizov Əyyub Fəzli oğlu 2010-2015-ci illərdə Çallı bələdiyyəsinin sədri vəzifəsində işləyib.Korrupsiya əməllərinə görə onun barəsində cinayət işi başlanılb məhkəmənin hökmü ilə məhkum edilmişdir.Bu cinayət əməlinə görə o vəzifədən kənarlaşdırılmışdır.
Çallı kəndinin əhalisi maldarlıqla və əkinçiliklə məşğul olmaq üçün torpaq qıtlığı yaşamalarına baxmayaraq Əzizovlar ailəsinə 186 hektar torpaq sahəsinin bələdiyyə tərəfindən təmənnasız icarəyə verilməsi və buna görə icarə haqqının alınmaması özü konkret cinayət əməlidir. Pambıqçılığın inkişaf etdirilməsi üçün cənab Prezidentin xüsusi tapşırıqlarından sonra rayonlarda pambığın əkilməsinə start verilib.Nəticədə kəndlilərin rifahı dahada yaxşılaşıb.Ancaq Çallı kənd sakinləri torpaq tapmırlar ki, pambıq əkib becərib dövlətə töhfələr versinlər.Bu neqativ mənzərinin səbəbkarı isə işinin öhdəsindən gələ bilməyən Çallı bələdiyyəsinin sədri Rafiq Umudovdur. Hansı ki, bələdiyyə sədri Əzizovlar ailəsinə verilmiş 186 hektar torpaq sahəsinin icarə haqqını ödəmədikləri üçün icarə müqaviləsini dərhal ləğv edib həmin torpaq sahəsinə pambığın əkilməsi üçün biz kəndlilərə icarəyə verməlidir. Biz pambıq əkmək istəyirik, ancaq bu arzumuzu həyata keçirməyə yaramaz bələdiyyə sədri imkan vermir.Qeyd edək ki, keçmiş bələdiyyə sədri Çingiz Əyyubova Zərdab rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Məmmədov himayə edir.Ramiz Məmmədov isə Sabirabad rayon icra başçısı Nazim İsmayılovun xalası oğludur.Dəhşətlisi isə budur ki, Ramiz Məmmədov yazıb-oxumağı bacarmadığı halda icra hakimiyyətində şöbə müdiri vəzifəsində işləyir.Ramiz Məmmədovun qorxusundan Çallı bələdiyyəsinin sədri Rafiq Umudov 186 hektar icaarəyə verilmiş torpağa görə Çingiz Əyyubovdan icarə haqqı ala bilmir.
Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpağı icarəyə vermək hüququ mülkiyyətçilərə, onların vəkil etdiyi orqanlara, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsusdur. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər.
Həmin Qanunun 19-cu maddəsinə əsasən icarəçi icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etməl, icarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə icarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək; qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.
Həmin Qanunun 23-cü maddəsinə əsasən İcarəçi torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəməlidir.
Hörmətli Prezident! Hörmətli Mehriban xanım!
Buna görədə Sizdən xahiş edirik komissiya təşkil edilib yerində araşdırlma aparılıb cinayət əməlləri ilə məşğul olan şəxslərin barıəsində qanuna müvafiq tədbirlər görüb Əzizovlar ailəsinə Çallı bələdiyyəsi tərəfindən icarəyə verilmiş 186 hektar topağın icarə müqaviləsinin şərtləri pozulduğu üçün həmin icarə müqavilələri ləğv edilib həmin torpaq sahəsində pambıq əkilməsi üçün biz kənd sakinlərinə icarəyə verilməsinə, bu qanunsuzluğa şərait yaradan Zərad RİH-nin şöbə müdiri Ramiz Məmmədovun və göz yumub şərait yaradan Çallı bələdiyyəsinin sədri Rafiq Umudovun barəsində qanunu tədbirlər görülməsinə tapşırıqlar verəsiniz
Əlaqə telefonu; (050) 386-93-65 (Mehman Məmmədov) . (050) 471-12-77 (Fərrux Məmmədov)

İmza; Zərdab rayon Çallı kənd sakinləri
1) Məmmədov Mehman Nizam oğlu
2) Məmmədov Fərrux Müslüm oğlu"

Qarşı tərəfi də dinləməyə hazırıq...
Zərdab sakinləri bələdiyyə sədrinin əlində qalıblar -ŞİKAYƏT
Zərdab sakinləri bələdiyyə sədrinin əlində qalıblar -ŞİKAYƏT
Zərdab sakinləri bələdiyyə sədrinin əlində qalıblar -ŞİKAYƏT
Zərdab sakinləri bələdiyyə sədrinin əlində qalıblar -ŞİKAYƏT
Zərdab sakinləri bələdiyyə sədrinin əlində qalıblar -ŞİKAYƏT
Zərdab sakinləri bələdiyyə sədrinin əlində qalıblar -ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ