SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Süleyman Mikayılov nazirə ağız açıb... - Mer olması üçün!

Süleyman Mikayılov nazirə ağız açıb... - Mer olması üçün!

Tarix:

22-02-2018, 16:41

/ 1 827 dəfə oxundu.
Süleyman Mikayılov nazirə ağız açıb... - Mer olması üçün!

Son günlər gedəcəyi haqda müxtəlif KİV-lərdə məlumatlar yayılan Qaradağln icra hakimiyyətinin başçısı ilə bağlı DİA.AZ-a ilginc bir məlumat ötürülüb. Belə ki, bilgili qaynaqlardan ötürülən informasiyaya görə, Süleyman Mikayılov Bakı şəhər İH başçısı postuna təyin oluna bilməsi üçün əsas himayədarına - Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ağız açıb.

Mənbənin söylədikləri: "Gəzən söhbətlərə görə, qarşıdan gələn prezident seçkilərinin ardından Hacıbala Abutalıbov da görəvindən alınacaq. Onun yerinə isə hazırda Səbail rayonuna rəhbərlik edən Eldar Əzizovun təyin olunma ehtimalları olduqca yüksəkdir. Bu arada isə Süleyman Mikayılov Bakı meri ola bilməsi üçün qollarını çırmayıb və bu işdə əsas dəstəkçisi ola biləcək FHN şefindən yardım istəyib".

Mənbə iddia edir ki, hazırda Heyədorvun durumu münasib olduğundan Mikayılovun arzularının gerçəkləşmə faizləri heç də sıfıra bərabər deyil. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.

Şərhlər

XƏBƏR LENTİ