SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İlham Əliyev AŞPA-nın eks-prezidentini qəbul edib

İlham Əliyev AŞPA-nın eks-prezidentini qəbul edib

Tarix:

21-02-2018, 12:57

/ 1 346 dəfə oxundu.
İlham Əliyev AŞPA-nın eks-prezidentini qəbul edib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 21-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

ADA Universiteti ilə Niderlandın Vaqeninqen Universitetinin birgə hazırladığı “Azərbaycanda аqrоbiznеs imkаnlаrının masterplanı” adlı layihənin təqdimatının əhəmiyyətinə toxunan Rene Van der Linden kənd təsərrüfatının Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən olması barədə məlumatlı olduqlarını deyib.

Qonaq təqdim olunacaq layihənin gələcəkdə həyata keçirilməsinin Niderland şirkətlərinin Azərbaycana cəlb olunması, onların ölkəmizdə keçirilən Caspian Agro-Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirakı və Azərbaycanın müvafiq təhsil ocaqları ilə əlaqələrin qurulması işinə öz töhfəsini verəcəyini bildirib.

“Azərbaycanda аqrоbiznеs imkаnlаrının masterplanı” adlı layihənin uğurlu icrasına ümidvar olduğunu bildirən İlham Əliyev isə onun ölkəmizdə həyata keçirilən kənd təsərrüfatının inkişafı və iqtisadiyyatın şaxələndirilməsi siyasətinə tam uyğun olduğunu deyib.

Dövlət başçısı layihənin Azərbaycan və Niderland şirkətləri arasında fəal əməkdaşlıq üçün geniş imkanlar yaradacağını vurğulayıb.

Prezident ADA Universiteti və ölkəmizin digər təhsil ocaqları ilə yaradılmış əməkdaşlıq əlaqələrinin yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Niderland Krallığı arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, Azərbaycan-Niderland Dostluq Qrupunun sədri Rene Van Der Lindenin əlaqələrimizin inkişafındakı rolu qeyd edilib.

Şərhlər

XƏBƏR LENTİ