SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Dörd uşaqlı ana pulsuzluqdan can verir: Taleh Qaraşovla baş həkim hara baxır? - Foto

Dörd uşaqlı ana pulsuzluqdan can verir: Taleh Qaraşovla baş həkim hara baxır? - Foto

Tarix:

21-02-2018, 10:32

/ 1 611 dəfə oxundu.
Dörd uşaqlı ana pulsuzluqdan can verir: Taleh Qaraşovla baş həkim hara baxır? - Foto

Lənkəranın Günəhir kənd sakini Elbəy Hüseynov olke.az-a müraciət edib

Həyat yoldaşı Hüseynova Vlənaz Sərdar qızının vəziyyəti qəfil ağırlaşıb.

Dəfələrlə Lənkəran rayon Təcili Tibbi yardım Mərkəzinə zəng vursalar da, bildirilib ki, kəndə təcili yardım maşını göndərə bilməyəcəklər:

“Məcbur olub qonşu kəndə qədər xəstəni özümüz gətirdik. Oradan isə təcili yardım maşınıyla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirmişik. Dünən gecə bildirdilər ki, təcili əməliyyat olunmalıdır.

Amma bu gün deyirlər ki, beş yüz manat verin, əməliyyat edək. Həyat yoldaşımın durumu getdikcə ağırlaşır. Bakıda fəhlə işləyirəm. Rayona cəmi 26 manat pulla gəlmişəm.

Çox xahiş edirəm, Səhiyyə Nazirliyinin rəhbərliyi, digər rəhbər şəxslər dörd övladımın yetim qalmaması üçün lazımi göstərişləri versinlər”,deyə şikayətçi bildirib.

Elbəy Hüseynov yenidən əlaqə saxlayıb və bildirib ki, həyat yoldaşı artıq can verir. Amma hələ də heç bir həkim onu öhdəsinə götürmür.

Lənkəran RMX baş həkimi Ağabala Kəlbiyev və rayonun icra başçısı Taleh Qaraşov mətbuat vasitəsi ilə imdad diləyən ailənin harayını görməzdən, eşitməzdən gəlirlər.

Bundan az əvvəl 9 yaşlı Yusif vəfat etdi və həkimlər 30 min manat verilmir deyə onu əməliyyat etmədilər. Növbəti belə qandonduran faciə Lənkəranda baş verə bilər.

Baş həkim onu pulsuz əməliyyat edə bilərdi, icra başçısı həmin ailəyə 500 manat yardım göndərə bilərdi. Prezident onları vəzifəyə təyin edərkən xalqla işləməyi tapşırır.

Amma onlar biganəlik göstərir, insan taleyi ilə oynayır, köməklik etmirlər. Məgər T.Qaraşovun 500 manatı yoxdurmu kasıb ailəyə kömək eləsin?

Baş həkimin bir əməliyyatı pulsuz etməsi onun üçün savabdır. Bura dövlət xəstəxanasıdır və ödənişsiz xidmət göstərilməlidir.

Rayonlarda əhalini narazı salmaq, mətbuata şikayət etməyə sürükləmək , camaatı ayağa qaldırmaq, intihara, ölümə, üsyana təhrik etmək məmurların prezidentə qarşı xəyanəti, təxribatıdır.

Məmurlar ən kiçik problemləri həll eləmirlər, onun böyüməsinə, şişməsinə şərait yaradırlar.

Necə ki Daşkəsənin icra başçısı aprel qazisinin mənzil problemini yoluna qoymaq yerinə bəyanatlar verir, yalanlar uydurur, eləcə də Lənkəranda baş həkim vətəndaşa kömək eləmir ki, iş mətbuatda qalxmasın.

Ən azından Qaraşov Kəlbiyevə zəng edərək deyə bilər ki, yuxarılar mətbuatdan oxuyurlar, xəbər tuturlar, o kasıb ailəyə yardım elə. Eyni sözləri səhiyyə naziri haqda da söyləmək olar.

Dörd uşaq anası can verir və ona kömək etmirlər. Amma Qaraşov həmin xəstəxananın qabağını sata bilir.

İcra başçısının sərəncamı ilə satılan yerdə aptek, dükan və s. iaşə obyektləri tikilir. Səhiyyə Nazirliyi də təsdiqləyib ki, ərazinin satan tərəf Lənkəran RİH-dir.

Azərbaycanın heç bir bölgəsində xəstəxanaya gedən yolun qabağı satılmayıb. Ona görə də lənkəranlılar T.Qaraşov kimi icra başçısı görməkdiklərini qeyd edirlər.

Onların sözlərinə görə, rayonda boş yer qalmayıb. Ərazinin neçəyə satıldığı bilinməsə də, ortda böyük bir məbləğ olduğu məlumdur.

Xəstəxana şəhərin mərkəzi küçələrindən birində yerləşir. Bu yol iki istiqamətdə həm Şəhidlər Xiyabanına, həm də Lənkəran RİH-nin qarşısına qədər aparır.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) qarşısı satılandan sonra ərazidə nəqliyyatın hərəkəti iflic olub.

Sakinlərin verdiyi məlumata görə, tikinti meydançasına çevrilmiş tibb ocağının qabağında hərəkət etmək mümkün deyil.

Lənkəranın icra başçısı Taleh Qaraşov analoqsuz bir hadisəyə imza atmaqla cənub şəhərinin yaddaşında qalıb.

İlk icra hakimidir ki, xəstəxananın qabağını da satır. Bir müddət əvvəl tikinti işləri dayandırılmışdı və səbəb mətbutatın yazması idi.

Elə ki sakitlik çökdü, təzədən iş başlandı. Nəticədə nəqliyyatın hərəkəti çətinləşib, gediş-gəlib mümkünsüz olub. Satılan ərazinin xəstəxanaya aidiyyatı yoxdur.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi onun sahəsi üzrə idarəetmə həyata keçirir. Xəstəxananın həyətindən kənar hissəyə rəhbərlik cavabdeh deyil. Həmin ərazini yerli icra hakimiyyəti sata və ya icarəyə verə bilər.

FİA.Az
Dörd uşaqlı ana pulsuzluqdan can verir: Taleh Qaraşovla baş həkim hara baxır? - Foto
Dörd uşaqlı ana pulsuzluqdan can verir: Taleh Qaraşovla baş həkim hara baxır? - Foto

Şərhlər

XƏBƏR LENTİ