SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Azərbaycanda efirində görünməmiş hadisə - Verilişin saxta olduğunu sübut etmək üçün mərcə girdi, iş polisdə bitdi

Azərbaycanda efirində görünməmiş hadisə - Verilişin saxta olduğunu sübut etmək üçün mərcə girdi, iş polisdə bitdi

Tarix:

20-02-2018, 10:49

/ 1 579 dəfə oxundu.
Azərbaycanda efirində görünməmiş hadisə - Verilişin saxta olduğunu sübut etmək üçün mərcə girdi, iş polisdə bitdi

Ötən gün Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişində maraqlı anlar yaşanıb.
Gənc qız yaxın dostu ilə mərcə girərək, verilişin saxta olduğunu sübut etmək qərarına gəliblər. Nəticədə iş polis şöbəsində bitib. Belə ki, sentyabrdan itkin düşən Çinarənin yeri barədə verilişə yalandan məlumat verən qızın iç üzü açılıb. O, ötən ay verilişə gəlib, qadının onun evində iki gecə qaldığını bildirərək, hər kəsi çaş-baş salıb. Məsələyə polisin qarışmasından sonra gənc qız əslində dostu ilə mərcə girdiyini və bu verilişin saxta olduğunu sübut etmək istədiyini bildirib. Lakin ekspertlər onun yenə yalan danışdığını və cinayəti gizlətmək məqsədi ilə bunu etdiyini bildiriblər.
Qeyd edək ki, Çinarə Sentyabr ayında Lənkəranda, qayınanasının evində döyüldükdən sonra yoxa çıxıb. Onun qayınanası tərəfindən öldürüldüyü iddia olunur.

Şərhlər

XƏBƏR LENTİ