SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Lənkəranskinin qardaşı tikinti işini bərpa etdi

Lənkəranskinin qardaşı tikinti işini bərpa etdi

Tarix:

20-02-2018, 09:43

/ 1 620 dəfə oxundu.
Lənkəranskinin qardaşı tikinti işini bərpa etdi

Dövlət Gömrük Komitəsinin Keşlə postunun keçmiş rəisi Namiq Canıyev Lənkəranda tikinti işlərini bərpa edib.

AzEuroNews.com-a verilən məlumata görə, həbsdən buraxıldıqdan sonra doğma yurduna baş çəkən N.Canıyev Lənkəranda şadlıq evinin inşasını davam etdirir.

Hazırda Lənkəranda köhnə “Nizami” kinoteatrının yerində tikinti işləri aparılır. Şadlıq evinin sabiq gömrük rəisinə aid olduğu iddia olunur.

N.Canıyev İstanbulda həbs edildikdən sonra DGK onun işdən çıxarılmasın əmrini verib və tarixini bir neçə gün əvvələ çəkib.

Onun kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifova İstanbulda sui-qəsd təşkil etmək istədiyi haqda deyilənlərin inandırıcı olmadığı söylənir. Odur ki, 4 ay çəkməmiş ittihamlar sübuta yetirilmir və Canıyev azadlığa çıxır.

N.Canıyevin belə bəsit addım atacağına və asanlıqla saxlanmasına yaxın çevrəsi də inanmır. Onu ağıllı, hər addımını “min ölçüb, bir biçən” biri kimi xarakterizə edirlər.

Xatırladaq ki, N.Canıyev İstanbulda qətlə yetirilən nüfuzlu kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) qardaşıdır.

Şərhlər

XƏBƏR LENTİ