SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Polis qardaşını öldürən hüquqşünas məhkəmə qarşısında

Polis qardaşını öldürən hüquqşünas məhkəmə qarşısında

Tarix:

16-02-2018, 18:44

/ 1 316 dəfə oxundu.
Polis qardaşını öldürən hüquqşünas məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Əli Əliyevin (1990-cı il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cü (aşkar sürətdə, köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Ötən il avqustun 3-də Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada Əli Əliyev qardaşı Murad Əliyevə (1983-cü il təv.) bıçaqla çoxsaylı zərbələr vuraraq, onu qətlə yetirib.

Hadisədən sonra qaçan Əli Əliyev Binəqədi RPİ 7-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub. Məlum olub ki, qardaşlar televizorun pultu üstündə mübahisə ediblər. Sonra aralarında əlbəyaxa dava başlayıb, Əli mətbəx bıçağını götürərək Murada zərbələr endirib.

Araşdırma zamanı məlum olub ki, Əli Əliyev ixtisasça hüquqşünasdır, həm də cüdo idman növü ilə məşğul olur. Mərhum isə kunq-fu idman növü üzrə peşəkar idmançı, DİN Çevik Polis Alayında polis serjantı imiş.

Hazırlıq iclasında təqdirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış fevralın 23-nə təyin edilib.

Şərhlər

XƏBƏR LENTİ