SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Etibar Pirverdiyevə də yolun sonu görünür

Etibar Pirverdiyevə də yolun sonu görünür

Tarix:

16-02-2018, 13:01

/ 1 393 dəfə oxundu.
Etibar Pirverdiyevə də yolun sonu görünür

""Azərenerji”nin kapital strukturunda əvvəl olduğu kimi yenə də yüksək risklərin olduğunu düşünürük. DİA.AZ xatırladır ki, az əvvəl bu barədə "Standard&Poors” beynəlxalq reytinq agentliyi "Azərenerji” ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub (apa).

Bildirilir ki, buna səbəb "Azərenerji”nin borc öhdəliklərinin 85%-nin xarici valyutada olması və şirkətin məzənnədəki dəyişiklik riski ilə hələ də üz-üzə qalmasıdır.

"Bu riski kompensasiya etmək üçün şirkətə xarici valyutada heç bir əsaslı pul axını mövcud deyil. Düşünürük ki, "Azərenerji”yə hökumət tərəfindən hazırkı müstəsna maliyyə dəstəyi olmasa, növbəti üç il ərzində şirkət yüksək borc öhdəliklərini yerinə yetirməkdə və 1 milyard manat (600 mln. dollar) həcmindəki əsaslı investisiya ehtiyacını təmin etməkdə çətinliklə üzləşəcək. Belə başa düşürük ki, Strateji Yol Xəritələrinə uyğun olaraq "Azərenerji” aktivlərinin keyfiyyətini artırmaq üçün kapital qoyuluşu planlayır. Eyni zamanda, şirkətin xərc strukturu da yaxşılaşıb və bizim 2018-ci il üçün baza ssenarimizə əsasən deyə bilərik ki, "Azərenerji” 2017-ci illə müqayisədə əməliyyat fəaliyyətindən daha stabil gəlir əldə edəcək. Bu isə 2015-ci ilə müqayisədə 2 dəfə çoxdur,” – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevdir və o, bu vəzifəni 27 noyabr 2001-ci il tarixindən icra edir.

Onsuz da Etibar Priverdiyevin iqtidar komandasındakı mövqeyi kifayət qədər zəif idi. Və belə bir şəraitdə, yəni, "Standard&Poors” kimi nüfuzlu bir qurumun hesabatında onun rəhbərlik etdiyi "Azərenerji"nin böhranlı durumunun ifşası Pirverdiyevin mövqelərini daha da sarsıdacaq. Hər halda, son dönəmlər məhz iqtisadiyyat sahəsində kifayət qədər ciddi addımlar atan hökumət komandasında yeni siyasətə nəinki ayaq uydurmayan, hətta bu siyasətə zərbə vura biləcək istənilən bir kadrın hakim düşərgədən çıxdaş ediləcəyini təxmin etmək o qədər də çətin deyil.

Bu faktı nəzərə alan məlumatlı mənbə də açıqlamasında qeyd olunanları vurğulayaraq əlavə edib ki, Pirverdiyev artıq kifayət qədər yıpranmış kadrdır: "Zatən onun yeni maliyyə heyətiylə problemləri var idi. Və indi də görünür ki, bu münqaişəli münasibətlər Azərbaycan dövlətinin adının müsbətə doğru hallandığı bir məqamda Pirverdiyevin rəhbərlik etdiyi qurumun hədəfə gətirilməsilə müşaiyət olunur. Deməli, artıq "Azərenerji"də rəhbər dəyişikliyinin də vaxtı yetişib. Çox güman prezident seçkilərindən sonra bu, baş verəcək".

Şərhlər

XƏBƏR LENTİ