SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Full” paketinə qoşul, “Nar”dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan

“Full” paketinə qoşul, “Nar”dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan

Tarix:

23-01-2018, 17:04

/ 1 511 dəfə oxundu.
“Full” paketinə qoşul, “Nar”dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan

“Nar” öz istifadəçiləri üçün daha bir maraqlı kampaniya keçirir. Belə ki, 29 dekabr 2017-ci il – 28 yanvar 2018-ci il tarixləri arasında “Full” paketinə qoşulmuş abunəçilər mobil operatordan dəyərli hədiyyələr qazanmaq şansı əldə edirlər. Bunun üçün sadəcə “28 Mall” alış-veriş mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Nar” stendinə gəlmək kifayətdir.

xalqxeber.az xəbər verir ki, “Nar”-ın tamamilə yeni “Full” paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayırlar. Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan “Nar” istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz “Full” paketi ilə təmin etdi.

Stendə yaxınlaşan abunəçiyə kampaniya haqqında məlumat verilərək kupon təqdim edilir. Bu kuponun sahibi kampaniyada iştirak etmək hüququ əldə etmiş olur. Kampaniyada 1 ədəd “Samsung Galaxy S8” smartfonu, 1 ədəd “Ipad Pro” planşeti və 1 ədəd “Samsung Gear S3” saatı oynanılır. Şəffaf qutudakı kuponların sahibləri arasından 3 nəfər iştirakçı təsadüfi seçimlə qalib elan ediləcək.

Uduş 29 yanvar 2018-ci il tarixdə saat 18:00-da “28 Mall” AVM-nin 3-cü mərtəbəsində keçiriləcək. Kampaniyanın iştirakçısı bu kuponu özündə saxlamalı və həmin vaxt uduş keçirilən yerdə olmalıdır. Uduş kuponu şəffaf qutudan çıxan iştirakçı həmin vaxt uduş keçirildiyi yerdə olmazsa, həmin uduş yenidən oynanılacaqdır. Hədiyyə qalib gələn iştirakçıya uduş kuponunu və şəxsiyyət vəsiqəsini təqdim etdiyi halda veriləcək.

Şərhlər

XƏBƏR LENTİ