SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda keçmiş məhbus polislərə hücum etdi

Bakıda keçmiş məhbus polislərə hücum etdi

Tarix:

23-01-2018, 16:57

/ 1 293 dəfə oxundu.
Bakıda keçmiş məhbus polislərə hücum etdi

Paytaxtda keçmiş məhbus Nizami Rayon Polis Bölməsinin əməkdaşlarına hücum edərək, formalarını cırıb.

Asayiş keşikçilərinin üzərinə bıçaqla hücum edən şəxsin əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 (qarət) və 234-cü (narkotik vasitələri qanunsuz istehsal etmə, saxlama, daşıma, satma) maddələri ilə məhkumluğu olan 1972-ci il təvəllüdlü Məmmədov Vaqif Əbdülxalıq oğlu olduğu müəyyən edilib.

İnsident şənbə günü Məmmədovun Naxçıvanski küçəsində yerləşən mənzilində baş verib.

Məmmədovun həyat yoldaşı Sevda Məmmədova polisə zəng vuraraq, ərinin evə sərxoş vəziyyətdə gəldiyindən və dava saldığından şikayət edib. Hadisə yerinə gələn polis (çevik polis alayının) əməkdaşları Ruslan Əliyev və Asif Məsimov silahlı müqavimətlə üzləşib.

Məmmədov bıçağı əlinə alaraq əməliyyatçılara hədə-qorxu gəlib.

Polis əməkdaşlarının onu zərərsizləşdirməsi o qədər də asan başa gəlməyib. Keçmiş məhbus polisin üzərində olan formaları tanınmaz hala salıb.

Formaya ziyan vurduğuna görə Məmmədov cavab verməli olacaq. Belə ki, ona qarşı təkcə xuliqanlıq deyil, eyni zamanda, polis əməkdaşlarına müqavimət ittihamı ilə cinayət işi açılıb.

Fakt üzrə istintaq aparılır.

Şərhlər

XƏBƏR LENTİ