SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Novruz Məmmədov Prezident İlham Əliyevin Davos səfəri haqda yazdı

Novruz Məmmədov Prezident İlham Əliyevin Davos səfəri haqda yazdı

Tarix:

23-01-2018, 16:06

/ 1 595 dəfə oxundu.
Novruz Məmmədov Prezident İlham Əliyevin Davos səfəri haqda yazdı

Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb

Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.

"Davos İqtisadi Forumu dünəndən işə başladı. Davos Forumunda 70-dən artıq dövlət və hökumət başçısının iştirakı gözlənilir. 100-dən artıq ölkədən 3 minə yaxın nümayəndə Davos Forumuna qatılıb. Dövlətimizin başçısı Prezident İlham Əliyev görüşlərə başlamışdır. Prezidentimizin 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb. Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaqdır", - deyə N.Məmmədov qeyd edib.

Prezidentin köməkçisi əlavə edib ki, Davos Forumu xüsusilə problemli və parçalanmış dünyanı qarşılıqlı anlaşmaya və əməkdaşlığa çağırır.

Şərhlər

XƏBƏR LENTİ