SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Prokuror Gözəl Bayramlıya 4 il həbs istəyib

Prokuror Gözəl Bayramlıya 4 il həbs istəyib

Tarix:

23-01-2018, 15:35

/ 1 228 dəfə oxundu.
Prokuror Gözəl Bayramlıya 4 il həbs istəyib

Qazax rayon Məhkəməsinə AXCP sədrinin müavini Gözəl Bayramlının məhkəməsi keçirilib.

Hakim Ağarza Səmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək G. Bayramlının 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Rəsmi məlumata görə, 25 may 2017-ci il tarixdə saat 22 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Belə ki, G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Şərhlər

XƏBƏR LENTİ